| ← Psalms (14/150) → |
| 1. | Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər. İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş, Yaxşı iş görən yoxdur. |
| 2. | Rəbb göylərdən bəşər övladına baxır. Görəsən Allahı dərk edən, Onu axtaran varmı? |
| 3. | Hamı birgə pozulub, namus əldən gedib, Bir nəfər də olsun yaxşı iş görən yoxdur. |
| 4. | Şər iş görənlərin hər biri məgər heç nə qanmır? Xalqımı çörək yerinə yeyirlər, Rəbbi çağırmırlar. |
| 5. | Onlar böyük dəhşətə düşəcək, Lakin Allah salehlərin nəslinə yar olacaq. |
| 6. | Onlar məzlumların niyyətini boşa çıxarır, Amma Rəbb məzlumların pənahıdır. |
| 7. | Kaş İsrailin azadlığı Siondan gələydi! Rəbb Öz xalqına bəxtəvər günlərini qaytaran zaman Yaqub övladları şadlıq edəcək, İsraillilər sevinəcək! |
| ← Psalms (14/150) → |