| ← Psalms (137/150) → |
| 1. | Babil torpağında olanda Sionu yada salardıq, Çay kənarında oturaraq ağlayardıq, |
| 2. | Liralarımızı söyüd ağaclarından asardıq. |
| 3. | Bizi əsir edənlər Nəğmə oxumağımızı əmr edirdilər, Bizə zülm verənlər Onları şənləndirməyimizi istəyirdilər, «Bizim üçün Sion nəğmələrini oxuyun» deyirdilər. |
| 4. | Axı yad ölkədə Rəbbin nəğmələrini necə oxuyaq? |
| 5. | Ey Yerusəlim, əgər səni unutsam, Qoy sağ əlim qurusun. |
| 6. | Ey Yerusəlim, Səni anmasam, ən böyük sevincim olmasan, Qoy dilim damağıma yapışsın. |
| 7. | Ya Rəbb, Edomluları bir yada sal, Məğlubiyyət günü Yerusəlimdən danışırdılar, Deyirdilər: «Gəlin oranı uçuraq, təməlindən dağıdaq!» |
| 8. | Ey Babil qızı, xaraba qalacaqsan. Bizə etdiyinin əvəzini sənə verən qoy bəxtiyar olsun! |
| 9. | Körpələrini daşa çırpıb öldürən bəxtiyar olsun! |
| ← Psalms (137/150) → |