| ← Psalms (136/150) → |
| 1. | Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir! |
| 2. | Allahların Allahına şükür edin, Çünki məhəbbəti əbədidir! |
| 3. | Hökmranların Hökmranına şükür edin, Çünki məhəbbəti əbədidir! |
| 4. | Yalnız Odur böyük xariqələr yaradan, Çünki məhəbbəti əbədidir! |
| 5. | Odur göyləri hikməti ilə quran, Çünki məhəbbəti əbədidir! |
| 6. | Odur yerin təməlini sular üstündə qoyan, Çünki məhəbbəti əbədidir! |
| 7. | Odur böyük işıqları yaradan, Çünki məhəbbəti əbədidir! |
| 8. | Gündüzü günəşin hökmü altına saldı, Çünki məhəbbəti əbədidir! |
| 9. | Gecə ay-ulduzların hökmü altında oldu, Çünki məhəbbəti əbədidir! |
| 10. | O, Misirlilərin ilk oğullarını qırdı, Çünki məhəbbəti əbədidir! |
| 11. | İsrail nəslini Misirlilərin arasından çıxartdı, Çünki məhəbbəti əbədidir! |
| 12. | İsrailliləri qüdrətli əli, uzanan qolu ilə apardı, Çünki məhəbbəti əbədidir! |
| 13. | Qırmızı dənizi iki yerə yardı, Çünki məhəbbəti əbədidir! |
| 14. | İsrailliləri dənizin ortasından keçirtdi, Çünki məhəbbəti əbədidir! |
| 15. | Fironla ordusunu Qırmızı dənizdə batırdı, Çünki məhəbbəti əbədidir! |
| 16. | O, xalqını səhrada apardı, Çünki məhəbbəti əbədidir! |
| 17. | O, böyük padşahları vurdu, Çünki məhəbbəti əbədidir! |
| 18. | O, güclü padşahları qırdı, Çünki məhəbbəti əbədidir! |
| 19. | Emor padşahı Sixonu vurdu, Çünki məhəbbəti əbədidir! |
| 20. | Başan padşahı Oqu öldürdü, Çünki məhəbbəti əbədidir! |
| 21. | Onların torpaqlarını irs olaraq verdi, Çünki məhəbbəti əbədidir! |
| 22. | Bu yerləri qulu İsrail nəslinin mülkü etdi, Çünki məhəbbəti əbədidir! |
| 23. | O, miskin halımızda bizi yaddan çıxarmadı, Çünki məhəbbəti əbədidir! |
| 24. | Bizi düşmən əlindən qurtardı, Çünki məhəbbəti əbədidir! |
| 25. | O, bəşəriyyətə ruzi verir, Çünki məhəbbəti əbədidir! |
| 26. | Göylərin Allahına şükür edin, Çünki məhəbbəti əbədidir! |
| ← Psalms (136/150) → |