| ← Psalms (133/150) → | 
| 1. | Nə yaxşıdır, nə xoşdur Qardaş olub bir yaşamaq! | 
| 2. | Belə yaşamaq qiymətli yağ kimidir; O yağ ki başa çəkilib saqqala, Harunun saqqalından paltarının yaxasına axırdı. | 
| 3. | Sanki Xermon dağının şehi Sion dağlarına düşür, Çünki Rəbb buyurub ki, Bu məkana bərəkət, əbədi həyat verilsin. | 
| ← Psalms (133/150) → |