← Psalms (131/150) → |
1. | Ya Rəbb, təkəbbürlü deyiləm, Gözümü yuxarı yerlərə dikməmişəm, Gücüm çatmayan böyük işlərə girişməmişəm. |
2. | Ovunub səsimi kəsmişəm, Ana qucağında olan körpə kimiyəm, Sanki bir sakit körpəyə dönmüşəm. |
3. | Ey İsrail, Rəbbə ümidini bağla, İndidən sonsuzadək ümidini Ona bağla! |
← Psalms (131/150) → |