← Psalms (130/150) → |
1. | Ya Rəbb, dərinliklərdən Səni səsləyirəm. |
2. | Ey Xudavənd, səsimi eşit, Yalvarış səsimi yaxşı dinlə. |
3. | Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsan, Bəs, ey Xudavənd, kim bunun qarşısında dayana bilər? |
4. | Amma Sən bağışlayansan, Ona görə hamı Səndən çəkinir. |
5. | Rəbbi gözləyirəm, döyünən ürəyim gözləyir, Onun sözünə ümid edirəm. |
6. | Keşikçilər səhərin açılmasını gözlər, Bəli, keşikçilər səhərin açılmasını gözlər, Qəlbimsə bundan da çox Xudavəndin həsrətini çəkər. |
7. | Ey İsrail, Rəbbə ümidini bağla! Çünki Rəbdə məhəbbət var, Onda bol-bol qurtuluş var. |
8. | Ey İsrail, O səni Bütün təqsirlərindən azad edər! |
← Psalms (130/150) → |