← Psalms (13/150) → |
1. | Ya Rəbb, nə vaxtadək, Yoxsa əbədilikmi məni unudacaqsan? Nə vaxtadək məndən üzünü gizlədəcəksən? |
2. | Nə vaxtadək qəlbim qəmli olacaq? Könlümdə hər günmü qubar qalacaq? Nə vaxtadək düşmənim üstün olacaq? |
3. | Bax mənə, cavab ver, ey Allahım Rəbb! Gözümə nur ver ki, əcəl yuxusuna getməyim. |
4. | Qoy düşmənlərim «uddum onu» deməsinlər, Mən sarsılarkən şənlənməsinlər. |
5. | Sənin məhəbbətinə güvənirəm, Qurtuluşunla qəlbim şadlanacaq. |
6. | Rəbbə ilahi nəğməmi oxuyacağam, Çünki mənə comərdlik etdi. |
← Psalms (13/150) → |