| ← Psalms (129/150) → |
| 1. | Qoy İsrail söyləsin: «Mənə gəncliyimdən bəri əzab verdilər. |
| 2. | Bəli, gəncliyimdən bəri mənə əzab verdilər, Lakin məğlub edə bilmədilər. |
| 3. | Elə bil kürəyimdə kotan sürüblər, Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər. |
| 4. | Rəbb isə adildir, Pislərin buxovlarını qırdı». |
| 5. | Siona nifrət bəsləyənlərin hamısı Qoy xəcalət içində geri qovulsun! |
| 6. | Qoy cücərmədən solsunlar, Damda bitən ot kimi olsunlar! |
| 7. | O, biçinçinin ovcunu, Dərz bağlayanın qucağını doldurmaz! |
| 8. | Yoldan keçən onlara belə deməz: «Rəbb sizə xeyir-dua versin, Sizə Rəbbin ismi ilə alqış olsun!» |
| ← Psalms (129/150) → |