| ← Psalms (128/150) → |
| 1. | Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan! |
| 2. | Çünki öz əlinin bəhrəsini yeyəcəksən, Xoşbəxt olub uğur qazanacaqsan. |
| 3. | Evində arvadın tənək kimi bar gətirəcək, Övladların zeytun pöhrələri kimi Süfrənin ətrafını bürüyəcək. |
| 4. | Rəbdən qorxan insan Belə xeyir-dua alacaq: |
| 5. | Rəbb Siondan sənə xeyir-dua versin, Ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən, |
| 6. | Övladlarının övladlarını görəsən! İsrailin üzərinə sülh olsun! |
| ← Psalms (128/150) → |