← Psalms (127/150) → |
1. | Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, Keşikçilər boş yerə orada gözlər. |
2. | Erkən qalxıb gec yatmağınız, Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə, verər. |
3. | Övladlar Rəbbin verdiyi paydır, Bətnin bəhrəsi Onun mükafatıdır. |
4. | İnsanın gənc ikən övladları olarsa, Bir igidin əlindəki oxlara bənzər. |
5. | Oxdanı bu cür dolu olan nə bəxtiyardır! Darvazada əleyhdarları ilə çəkişən zaman Xəcalətli olmayacaq. |
← Psalms (127/150) → |