← Psalms (126/150) → |
1. | Rəbb Siona bəxtəvər günlərini qaytaranda Bizə röya kimi gəldi. |
2. | Dodaqlarımızdan gülüş tökülürdü, Dilimizdən sevinc harayı yüksəlirdi. Millətlər öz aralarında belə deyirdi: «Rəbb onlar üçün böyük işlər görüb». |
3. | Bunun üçün sevinirik, Çünki Rəbb bizim üçün böyük işlər görüb. |
4. | Selləri Negevə qaytardığın kimi, Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar. |
5. | Göz yaşı ilə əkənlər Sevinc harayı çəkərək biçəcək. |
6. | Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən Sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək. |
← Psalms (126/150) → |