Psalms (125/150)  

1. Rəbbə güvənənlər Sion dağı kimi Sarsılmaz, əbədi qalar.
2. Dağlar Yerusəlimi dövrəyə aldığı kimi Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır.
3. Salehlərin payı üstündə Şər insanların dəyənəyi hökm sürə bilməz, Yoxsa salehlər də şərə əl atardı.
4. Ya Rəbb, xeyirxahlara, Ürəyidüz olan insanlara xeyirxahlıq et!
5. Rəbb əyri yola dönənləri aparacaq, Onları şər iş görənlərlə bir yerə qoyacaq. İsrailin üzərinə sülh olsun!

  Psalms (125/150)