| ← Psalms (124/150) → |
| 1. | İndi İsrail söyləsin: Rəbb tərəfimizi saxlamasaydı, |
| 2. | Bizə qarşı insanlar qalxarkən Rəbb tərəfimizi saxlamasaydı, |
| 3. | Bizə qarşı qəzəblərindən yanarkən Bizi diri-diri udardılar, |
| 4. | Sular bizi yuyub-aparardı, Sellər üstümüzü basardı, |
| 5. | Azğın sular üstümüzü basardı. |
| 6. | Alqış olsun Rəbbə! O bizi onların dişlərinə ov etmədi. |
| 7. | Bizi ovçunun tələsindən bir quş kimi qurtardı, Tələ qırıldı, canımız azad oldu. |
| 8. | Bizə Rəbbin adından, Göyləri və yeri yaradandan yardım gəlir. |
| ← Psalms (124/150) → |