| ← Psalms (123/150) → |
| 1. | Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm. |
| 2. | Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik. |
| 3. | Bizə rəhm et, ya Rəbb, rəhm et! Çünki təhqirlərdən doymuşuq. |
| 4. | Laqeydlərin rişxəndləri, Təkəbbürlülərin təhqirləri bizi cana doydurdu. |
| ← Psalms (123/150) → |