← Psalms (122/150) → |
1. | Mənə «Rəbbin evinə gedək» deyilərkən sevindim. |
2. | Ey Yerusəlim, sənin darvazalarından keçdim, Torpağına qədəm qoydum. |
3. | Bu, Yerusəlim şəhəridir, Çox sıx tikilmişdir. |
4. | İsrail üçün verilən şəhadət naminə Qəbilələr, Rəbbin qəbilələri Rəbbin isminə şükür etmək üçün Buranı ziyarət etməyə gəlirlər. |
5. | Hökm üçün burada taxtlar qurulub, Bu taxtlarda Davud sülaləsi oturub. |
6. | Hamı Yerusəlim üçün sülh diləsin: «Qoy səni sevənlər dinc həyat sürsün! |
7. | Qoy qala divarlarının içində sülh olsun! Qoy saraylarındakılar dinc yaşasın!» |
8. | Yoldaşlarıma, dostlarıma görə «Səndə sülh olsun!» deyirəm. |
9. | Allahımız Rəbbin evinə görə Sənə bəxtiyarlıq diləyirəm. |
← Psalms (122/150) → |