← Psalms (121/150) → |
1. | Gözlərimi dağlara dikirəm, Haradan mənə kömək gələcək? |
2. | Göyləri və yeri yaradan Rəbdən Mənə kömək gələcək. |
3. | O, ayaqlarını büdrəməyə qoymaz, Səni qoruyan yatmaz. |
4. | Bax İsraili qoruyan yuxulamaz, Yatıb qalmaz. |
5. | Səni qoruyan Rəbdir, O, sağ tərəfindədir, sənə kölgədir. |
6. | Gündüz günəşin ziyanı sənə dəyməz, Gecə ay da sənə zərər verməz. |
7. | Rəbb səni hər cür şərdən saxlayar, Canını qoruyar. |
8. | Rəbb gediş-gəlişini hifz edər İndidən sonsuza qədər. |
← Psalms (121/150) → |