← Psalms (120/150) → |
1. | Dar gündə Rəbbi səslədim, O mənə cavab verdi. |
2. | Dedim: «Ya Rəbb, yalançı dodaqlardan, Fitnəkar dillərdən canımı qurtar». |
3. | Ey fitnəkar dil, sənə nə veriləcək? Bu işinin əvəzi nə ilə ödəniləcək? |
4. | Cəngavərin iti oxları, Yanan odundan düşən közlər! |
5. | Yazıq canım, Meşekdə qərib olmuşam, Qedar çadırlarında yaşayıram! |
6. | Mənim belə yerdə, Sülhə nifrət edənlərin içində yaşamağım bəsdir. |
7. | Mən sülh sevirəm, buna görə danışıram, Onlarsa müharibə üçün çalışır. |
← Psalms (120/150) → |