| ← Psalms (114/150) → |
| 1. | İsraillilər Misirdən çıxanda, Yaqub nəsli başqa dildə danışan xalqdan ayrılanda |
| 2. | Yəhuda Rəbbin müqəddəs məskəni oldu, İsrail Rəbbin səltənəti oldu. |
| 3. | Onları görəndə dəniz qaçdı, İordan çayı geri çəkildi. |
| 4. | Zirvələr qoçlar kimi, Təpələr quzular kimi tullandı. |
| 5. | Ey dəniz, niyə qaçdın, sənə nə oldu? Ey İordan çayı, niyə belə geri çəkildin? |
| 6. | Ey zirvələr, qoçlar kimi, Ey təpələr, quzular kimi niyə tullandınız? |
| 7. | Ey dünya, Hökmranın hüzurunda, Yaqubun Allahının qarşısında lərzəyə gəl! |
| 8. | Qayanı gölməçəyə döndərən, Çaxmaq daşını çeşməyə çevirən Odur. |
| ← Psalms (114/150) → |