| ← Psalms (113/150) → |
| 1. | Rəbbə həmd edin! Ey Rəbbin qulları, həmd edin, Rəbbin isminə həmd edin! |
| 2. | İndidən sonsuzadək Rəbbin isminə alqış olsun! |
| 3. | Gündoğandan günbatanadək Rəbbin ismi həmdə layiqdir! |
| 4. | Rəbb bütün millətlərdən ucadır, Ehtişamı göylərdən yüksəkdir! |
| 5. | Allahımız Rəbbin misli varmı? Ucalardakı taxtında oturan, |
| 6. | Göyə, yerə əyilərək baxan Odur. |
| 7. | O, yoxsulları toz-torpaqdan qaldırar, Fəqirləri küllükdən çıxarar. |
| 8. | Onları əsilzadələrlə, Öz xalqının əsilzadələri ilə yanaşı oturdar. |
| 9. | Sonsuz qadının evini tikər, Ona övlad verməklə bəxtəvər ana edər. Rəbbə həmd edin! |
| ← Psalms (113/150) → |