| ← Psalms (112/150) → |
| 1. | Rəbbə həmd edin! Nə bəxtiyardır Rəbdən qorxan, Əmrlərindən zövq alan insan! |
| 2. | Nəsli yer üzündə güclü olacaq, Əməlisalehlərin övladları xeyir-dua alacaq. |
| 3. | Evindən bolluq və sərvət əskilməz, Salehliyi əbədi qalar. |
| 4. | Zülmətdə belə, əməlisaleh insanlar üçün, Lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar. |
| 5. | Səxavətlə borc verən, İşlərini ədalətlə görən yaxşı insandır. |
| 6. | Belə adam əsla sarsılmaz, Saleh insan əbədi olaraq yadda qalacaq. |
| 7. | Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir, |
| 8. | Cəsur ürəklidir, Düşmənlərinin süqutunu görənədək qorxmaz. |
| 9. | Səpələyər, fəqirlərə paylayar, Salehliyi əbədi qalar, Qüdrəti və hörməti ucalar. |
| 10. | Pis adamsa bunu görüb qəzəblənər, Dişlərini qıcıdar, yanıb-tökülər, Pislərin arzusu puç olar. |
| ← Psalms (112/150) → |