| ← Psalms (111/150) → |
| 1. | Rəbbə həmd edin! Əməlisalehlər məclisində, icma arasında Bütün qəlbimlə Rəbbə şükür edəcəyəm. |
| 2. | Rəbbin işləri böyükdür, Bunlardan zövq alanlar ibrət götürür. |
| 3. | Əməllərində ehtişamı, əzəməti görünür, Salehliyi əbədi qalır. |
| 4. | Xariqələrini xalqının yadına salır. Rəbb lütfkar və rəhmlidir, |
| 5. | Ondan qorxanları bəsləyərək saxlayır, Öz əhdini əbədi olaraq yadda saxlayır. |
| 6. | Xalqına millətlərin torpaqlarını verərək Qüdrətli işlərini onlara göstərdi. |
| 7. | Əllərinin işləri sədaqət və ədalətdir, Onun bütün qayda-qanunları etibarlıdır. |
| 8. | Onlar həmişə, əbədi olaraq möhkəmdir, Sədaqətdən, düzlükdən yaranmışdır. |
| 9. | Öz xalqına qurtuluş göndərdi, Əhdi əbədi olsun deyə əmr verdi, İsmi müqəddəsdir, zəhmlidir. |
| 10. | Rəbb qorxusu hikmətin başlanğıcıdır, Buna əməl edənlərin sağlam düşüncəsi vardır. Ona əbədi olaraq həmdlər olsun! |
| ← Psalms (111/150) → |