| ← Psalms (110/150) → |
| 1. | Rəbb mənim Ağama dedi: «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur». |
| 2. | Rəbb Siondan Sənin qüdrətli əsanı göndərəcək, Düşmənlərinin üzərində sənə hökmranlıq verəcək. |
| 3. | Döyüşəcəyin gün xalqın könüllü olaraq sənə qoşulacaq, Gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək. |
| 4. | Rəbb and içdi, qərarını dəyişməz: «Sən Melkisedeq vəzifəli əbədi bir kahinsən». |
| 5. | Xudavənd sənin sağ tərəfindədir, Qəzəb günündə padşahları qıracaq. |
| 6. | Millətlərin hökmünü verəndə cəsədləri hər yeri bürüyəcək, O bütün ölkələrin başçılarını əzəcək. |
| 7. | Yol kənarında olan vadidən su içəcək, Buna görə güclənib yüksələcək. |
| ← Psalms (110/150) → |