← Psalms (11/150) → |
1. | Rəbbə pənah gətirmişəm. Könlümə necə deyə bilərsiniz ki, Quş kimi dağlara uç? |
2. | Bax pislər ox-kaman qurublar, Oxlarını yayın üstünə qoyublar, Qaranlıqda dayanıblar, Ürəyidüz olanları nişan alıblar. |
3. | Əgər hər şey təməlindən dağılarsa, Salehlər nə edə bilər? |
4. | Rəbb Öz müqəddəs məbədindədir, Onun taxtı göylərdədir. Rəbbin görən gözləri var, gözünü açar, Bəşər övladlarına diqqətlə baxar. |
5. | Rəbb saleh adamı sınaqdan keçirir, Pisə, zülmkarasa nifrət edir. |
6. | Pislərin üstünə odlu köz, kükürd yağdırır, Onların kasalarına düşən pay səmum yeli olacaq. |
7. | Çünki Rəbb adildir, ədaləti sevir, Əməlisalehlər Onun üzünü görəcək. |
← Psalms (11/150) → |