← Psalms (108/150) → |
1. | Ey Allahım, qəlbim Sənə möhkəm bağlanıb, Qoy bütün varlığımla ilahi oxuyum, Səni tərənnüm edim. |
2. | Ey çəng və lira, oyan! Qoy səhəri oyadım. |
3. | Ya Rəbb, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm. |
4. | Məhəbbətin böyükdür, göylərdən ucadır, Sədaqətin buludlara çatır. |
5. | Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun! |
6. | Sevdiyin insanların xilas olması üçün Sağ əlinlə bizi qurtar, mənə cavab ver! |
7. | Allah Öz müqəddəs məskənindən belə söylədi: «Şekemi sevinclə bölüşdürəcəyəm, Sukkot dərəsini böləcəyəm. |
8. | Gilead torpağı Mənimdir, Menaşşe torpağı Mənimdir, Efrayim başımın dəbilqəsidir, Yəhuda Mənim əsamdır. |
9. | Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam». |
10. | Kim məni istehkamlı şəhərə apara bilər? Edoma qədər kim mənə yol göstərə bilər? |
11. | Ay Allah, niyə bizi atmısan? Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan? |
12. | Düşmənin qarşısında bizə imdad et, Çünki insanın köməyi puçdur. |
13. | Allahın köməyi ilə şücaət göstərəcəyik, O, düşmənlərimizi tapdalayacaq! |
← Psalms (108/150) → |