Psalms (1/150) → |
1. | Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır! |
2. | O ancaq Rəbbin Qanunundan zövq alar, Gecə-gündüz bu təlimatı dərin düşünər. |
3. | Axar sular kənarında əkilən ağac kimi Barını mövsümündə verər, Yarpağı solmaz, Etdiyi hər işdə uğur qazanar. |
4. | Pis adamlarsa belə deyil, Onlar yelin sovurduğu saman çöpünə bənzəyər. |
5. | Buna görə pis adamlar hökm günündə, Günahkarlar salehlərin məclisində dayana bilməz. |
6. | Çünki Rəbb salehlərin yolunu qoruyur, Pislərinsə yolu onları ölümə aparır. |
Psalms (1/150) → |