| ← Proverbs (15/31) → |
| 1. | Həlim cavab hirsi yatırar, Sərt söz qəzəbi alovlandırar. |
| 2. | Hikmətlinin dili biliyi mədh edər, Axmaqların dilindən səfehlik tökülər. |
| 3. | Rəbbin gözü hər yerə baxar, Pislərə, yaxşılara nəzər salar. |
| 4. | Şəfa gətirən dil həyat ağacıdır, Əyri dil ürək qırar. |
| 5. | Səfeh ata tərbiyəsini ələ salar, Məzəmməti qəbul edən uzaqgörən olar. |
| 6. | Salehin evində böyük xəzinə yaşar, Şər insanın isə gəlirində əzab var. |
| 7. | Hikmətlinin dili bilik səpələyir, Axmağın qəlbi bunu edə bilmir. |
| 8. | Rəbb şər insanın etdiyi qurbandan ikrah edir, Əməlisalehlərin duasından isə razı qalır. |
| 9. | Rəbb şər insanın yollarından ikrah edər, Amma salehliyin ardınca gedəni sevər. |
| 10. | Düz yolu buraxana şiddətli töhmət verilər, Məzəmmətə nifrət edənə ölüm gələr. |
| 11. | Ölüm və Həlak yeri Rəbbə aşkardır, Gör O, insan ürəyindən necə agahdır. |
| 12. | Rişxəndçi iradı sevməz, Hikmətlilərin yanına gəlməz. |
| 13. | Qəlbin sevinci üzü xoş edər, Ürəyin kədəri könlü sındırar. |
| 14. | Dərrakəlinin könlü bilik axtarar, Axmaqların ağzı səfehliklə qidalanar. |
| 15. | Məzlumun hər günü qaradır, Ürəyi bəxtəvərin elə bil daima ziyafəti var. |
| 16. | Rəbb qorxusu ilə qazanılan az şey Qayğı ilə yığılan böyük xəzinədən yaxşıdır. |
| 17. | Sevgi dolu bir yerdə göyərti yemək Nifrət dolu bir yerdə yağlı dana əti yeməkdən yaxşıdır. |
| 18. | Kəmhövsələ dava yaradar, Səbirli münaqişəni sovuşdurar. |
| 19. | Tənbəlin yolunu tikanlar basar, Əməlisalehlərin yolu baş yoldur. |
| 20. | Hikmətli oğul atasını sevindirər, Axmaq anasına xor baxar. |
| 21. | Qanmaz səfehlikdən sevinər, Dərrakəli düz yolla gedər. |
| 22. | Məsləhətsiz niyyət boşa çıxar, Doğru nəsihət verən çoxdursa, uğur qazandırar. |
| 23. | İnsan münasib cavab versə, şad olar, Sözü yerində demək nə yaxşıdır! |
| 24. | Ağıllı insan aşağıdan – ölülər diyarından ayrılmaq üçün Həyat yolunu tutub yuxarı gedər. |
| 25. | Rəbb təkəbbürlünün evini yıxar, Dul qadının sərhədini qoruyar. |
| 26. | Pislərin məqsədləri Rəbdə ikrah yaradar, Ona xoş gələnlərin sözlərini təmiz sayar. |
| 27. | Tamahkar külfətini əzaba salar, Rüşvətə nifrət edənin ömrü uzun olar. |
| 28. | Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər, Şər insanın dilindən pislik tökülər. |
| 29. | Rəbb şər adamdan gen dayanar, Saleh insanların duasına qulaq asar. |
| 30. | Nurlu gözlər qəlbi sevindirər, Yaxşı xəbər qəddi düzəldər. |
| 31. | Həyatverici məzəmmətə qulaq asan Hikmətlilərin içərisində yaşar. |
| 32. | Tərbiyəni rədd edən öz canına xor baxar, Məzəmmətə qulaq asan anlayış qazanar. |
| 33. | Rəbb qorxusu hikmət tərbiyəsi verər, İtaətkarlıq şərəfdən əvvəl gələr. |
| ← Proverbs (15/31) → |