| ← Numbers (7/36) → |
| 1. | Musa məskəni qurub qurtaranda onu və bütün avadanlığını məsh və təqdis etdi. Qurbangah və bütün avadanlığını da məsh və təqdis etdi. |
| 2. | Sonra İsrail rəhbərləri təqdimləri gətirdilər. Onlar nəsil başçıları, siyahıya alınan xalqa nəzarət edən qəbilə rəhbərləri idi. |
| 3. | Rəbbə təqdim olaraq üstü örtülü altı araba və on iki öküz gətirdilər; hər iki rəhbər üçün bir araba və hər rəhbər üçün bir öküz. Bu təqdimləri məskənin önünə gətirdilər. |
| 4. | Rəbb Musaya belə dedi: |
| 5. | «Onları bu adamlardan götür ki, Hüzur çadırındakı xidmətlərdə işlənilsin. Onları Levililərə, hər birinin vəzifəsinə görə ver». |
| 6. | Musa arabaları və öküzləri götürüb Levililərə verdi. |
| 7. | Gerşonlulara vəzifələrinə görə iki araba və dörd öküz verdi; |
| 8. | Merarililərə isə vəzifələrinə görə dörd araba və səkkiz öküz verdi. Onların hamısı kahin Harun oğlu İtamarın nəzarəti altında idi. |
| 9. | Lakin Qohatlılara bir şey vermədi, çünki onların vəzifəsi müqəddəs əşyaları çiyinlərində daşımaqdır. |
| 10. | Qurbangah məsh edilən gün rəhbərlər onun təqdisi üçün təqdimlər gətirdilər; onlar təqdimlərini qurbangahın qabağına gətirdilər. |
| 11. | Çünki Rəbb Musaya demişdi: «Qurbangahın təqdisi üçün hər gün bir rəhbər öz təqdimini gətirsin». |
| 12. | Birinci gün təqdimi gətirən Yəhuda qəbiləsindən Amminadav oğlu Naxşon oldu. |
| 13. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
| 14. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
| 15. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
| 16. | günah qurbanı olaraq bir təkə; |
| 17. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Amminadav oğlu Naxşonun gətirdiyi təqdimlər bunlar idi. |
| 18. | İkinci gün İssakarlıların rəhbəri Suar oğlu Netanel təqdimlərini gətirdi. |
| 19. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini; yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
| 20. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
| 21. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
| 22. | günah qurbanı olaraq bir təkə; |
| 23. | qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Suar oğlu Netanelin gətirdiyi təqdimlər bunlar idi. |
| 24. | Üçüncü gün Zevulunluların rəhbəri Xelon oğlu Eliav təqdimlərini gətirdi. |
| 25. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
| 26. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
| 27. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
| 28. | günah qurbanı olaraq bir təkə; |
| 29. | qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Xelon oğlu Eliavın gətirdiyi təqdimlər bunlar idi. |
| 30. | Dördüncü gün Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur təqdimlərini gətirdi. |
| 31. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
| 32. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
| 33. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
| 34. | günah qurbanı olaraq bir təkə; |
| 35. | qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Şedeur oğlu Elisurun gətirdiyi təqdimlər bunlar idi. |
| 36. | Beşinci gün Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel təqdimlərini gətirdi. |
| 37. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın un ilə dolu idi; |
| 38. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
| 39. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
| 40. | günah qurbanı olaraq bir təkə; |
| 41. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Surişadday oğlu Şelumielin gətirdiyi təqdimlər bunlar idi. |
| 42. | Altıncı gün Qadlıların rəhbəri Deuel oğlu Elyasaf təqdimlərini gətirdi. |
| 43. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
| 44. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
| 45. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
| 46. | günah qurbanı olaraq bir təkə; |
| 47. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Deuel oğlu Elyasafın gətirdiyi təqdimlər bunlar idi. |
| 48. | Yeddinci gün Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama təqdimlərini gətirdi. |
| 49. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
| 50. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
| 51. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
| 52. | günah qurbanı olaraq bir təkə; |
| 53. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Ammihud oğlu Elişamanın gətirdiyi təqdimlər bunlar idi. |
| 54. | Səkkizinci gün Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel təqdimlərini gətirdi. |
| 55. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
| 56. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
| 57. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
| 58. | günah qurbanı olaraq bir təkə; |
| 59. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Pedahsur oğlu Qamlielin gətirdiyi təqdimlər bunlar idi. |
| 60. | Doqquzuncu gün Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan təqdimlərini gətirdi. |
| 61. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
| 62. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
| 63. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
| 64. | günah qurbanı olaraq bir təkə; |
| 65. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Gidoni oğlu Avidanın gətirdiyi təqdimlər bunlar idi. |
| 66. | Onuncu gün Danlıların rəhbəri Ammişadday oğlu Axiezer təqdimlərini gətirdi. |
| 67. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
| 68. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
| 69. | yandırma qurbanı olaraq bir dana, bir qoç, bir erkək toğlu; |
| 70. | günah qurbanı olaraq bir təkə; |
| 71. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Ammişadday oğlu Axiezerin gətirdiyi təqdimlər bunlar idi. |
| 72. | On birinci gün Aşerlilərin rəhbəri Okran oğlu Pagiel təqdimlərini gətirdi. |
| 73. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
| 74. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
| 75. | yandırma qurbanı olaraq bir dana, bir qoç, bir erkək toğlu; |
| 76. | günah qurbanı olaraq bir təkə; |
| 77. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, birillik beş erkək toğlu. Okran oğlu Pagielin gətirdiyi təqdimlər bunlar idi. |
| 78. | On ikinci gün Naftalililərin rəhbəri Enan oğlu Axira təqdimlərini gətirdi. |
| 79. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş unla dolu idi; |
| 80. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
| 81. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
| 82. | günah qurbanı olaraq bir təkə; |
| 83. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Enan oğlu Axiranın gətirdiyi təqdimlər bunlar idi. |
| 84. | Qurbangah məsh ediləndə İsrail rəhbərlərinin onun təqdisi üçün gətirdiyi təqdimlər bunlardır: on iki gümüş sini, on iki gümüş ləyən, on iki qızıl nimçə; |
| 85. | hər gümüş nimçənin ağırlığı yüz otuz şekel və hər ləyənin ağırlığı isə yetmiş şekel idi; bütün gümüş qabların ağırlığı Müqəddəs yerdəki şekelə görə iki min dörd yüz şekel idi; |
| 86. | buxurla dolu on iki qızıl nimçədən hər birinin ağırlığı Müqəddəs yerdəki şekelə görə on şekel olub. Beləliklə, nimçələrdəki bütün qızılın ağırlığı yüz iyirmi şekel idi; |
| 87. | yandırma qurbanı olaraq, taxıl təqdimləri ilə birlikdə heyvanların cəmi on iki buğa, on iki qoç, on iki erkək toğlu və günah qurbanı olaraq on iki təkə; |
| 88. | ünsiyyət qurbanı üçün heyvanların cəmi iyirmi dörd buğa, altmış qoç, altmış təkə, altmış erkək toğlu. Qurbangah məsh ediləndən sonra onun təqdisi üçün verilən təqdimlər bunlar idi. |
| 89. | Musa Rəbb ilə danışmaq üçün Hüzur çadırına girdiyi zaman Şəhadət sandığında olan kəffarə qapağının üzərindəki iki keruvun arasından ona xitab edən Rəbbin səsini eşidərdi. Rəbb Musa ilə danışardı. |
| ← Numbers (7/36) → |