| ← Numbers (2/36) → |
| 1. | Rəbb Musaya və Haruna dedi: |
| 2. | «İsrail övladları Hüzur çadırını əhatə edərək bir az kənarda, hər biri öz bayrağının altında ailələrinin nişanı ilə düşərgə salsınlar. |
| 3. | Şərq tərəfində, gündoğana tərəf Yəhuda ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salsınlar. Yəhudalıların rəhbəri Amminadav oğlu Naxşon olsun. |
| 4. | Yəhuda ordusunda 74 600 nəfər siyahıya alındı. |
| 5. | Onun yanında düşərgə salanlar İssakar qəbiləsi olacaq. İssakarlıların rəhbəri Suar oğlu Netanel olsun. |
| 6. | Onun ordusundan 54 400 nəfər siyahıya alındı. |
| 7. | Sonra Zevulun qəbiləsi düşərgə salacaq. Zevulun övladlarının rəhbəri Xelon oğlu Eliav olsun. |
| 8. | Onun ordusundan 57 400 nəfər siyahıya alındı. |
| 9. | Yəhuda ordugahından bölüklərinə görə bütün sayılanlar 186 400 nəfər idi. Onlar birinci köçəcəklər. |
| 10. | Cənub tərəfində Ruven ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur olsun. |
| 11. | Ruven ordusundan 46 500 nəfər siyahıya alındı. |
| 12. | Onun yanında düşərgə salanlar Şimeon qəbiləsi olacaq. Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel olsun. |
| 13. | Onun ordusundan 59 300 nəfər siyahıya alındı. |
| 14. | Sonra Qad qəbiləsi düşərgə salacaq. Qadlıların rəhbəri Deuel oğlu Elyasaf olsun. |
| 15. | Onun ordusundan 45 650 nəfər siyahıya alındı. |
| 16. | Ruven ordugahından bölüklərinə görə sayılanların cəmi 151 450 nəfər idi. İkinci onlar gedəcəklər. |
| 17. | Hüzur çadırı yola düşəndə Levililərin düşərgəsi düşərgələrin ortasında dursun. Hərə necə düşərgə salıbsa, həmin nizamla, öz bayrağı altında yola düşsün. |
| 18. | Qərb tərəfində Efrayim ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama olsun. |
| 19. | Efrayim ordusundan 40 500 nəfər siyahıya alındı. |
| 20. | Onun yanında düşərgə salanlar Menaşşe qəbiləsi olacaq. Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel olsun. |
| 21. | Onun ordusundan 32 200 nəfər siyahıya alındı. |
| 22. | Sonra Binyamin qəbiləsi düşərgə salacaq. Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan olsun. |
| 23. | Onun ordusundan 35 400 nəfər siyahıya alındı. |
| 24. | Efrayim ordugahından bölüklərinə görə sayılanların cəmi 108 100 nəfər idi. Üçüncü onlar gedəcəklər. |
| 25. | Şimal tərəfində Dan ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Danlıların rəhbəri Ammişadday oğlu Axiezer olsun. |
| 26. | Dan ordusundan 62 700 nəfər siyahıya alındı. |
| 27. | Onun yanında düşərgə salanlar Aşer qəbiləsi olacaq. Aşerlilərin rəhbəri Okran oğlu Pagiel olsun. |
| 28. | Onun ordusundan 41 500 nəfər siyahıya alındı. |
| 29. | Sonra Naftali qəbiləsi düşərgə salacaq. Naftalililərin rəhbəri Enan oğlu Axira olsun. |
| 30. | Onun ordusundan 53 400 nəfər siyahıya alındı. |
| 31. | Dan ordugahından cəmi 157 600 nəfər siyahıya alındı. Öz bayraqlarının altında ən sonuncu onlar gedəcəklər». |
| 32. | İsrail övladlarından ailələrinə görə siyahıya alınanlar bunlardır. Ordugahlardan bölüklərinə görə cəmi 603 550 nəfər siyahıya alındı. |
| 33. | Ancaq Rəbbin Musaya əmr etdiyi kimi Levililər digər İsrail övladları ilə birgə siyahıya alınmadı. |
| 34. | İsrail övladları Rəbbin Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər. Bayraqlarının altında belə düşərgə saldılar və hər kəs nəsil və ailəsi ilə birgə belə yola düşdü. |
| ← Numbers (2/36) → |