| ← Nehemiah (7/13) → |
| 1. | Divar tikilib qurtaranda və mən qapı taylarını vuranda məbəd qapıçıları, ilahiçilər və Levililər təyin olundu. |
| 2. | Qardaşım Xananini və qala rəisi Xananyanı Yerusəlimə məmur təyin etdim. Çünki Xanani çoxlarından sadiq və Allahdan qorxan adam idi. |
| 3. | Mən onlara dedim: «Gün qızana qədər Yerusəlimin darvazaları açılmasın. Qapıçılar oyaq olduğu müddət qapıları bağlayıb qıfıllayın. Yerusəlimdə yaşayanlardan da keşikçi təyin edin, qoy hamı öz evinin qabağında keşik çəksin». |
| 4. | Şəhər geniş və böyük idi, lakin içində adam az idi. Evlər hələ tikilməmişdi. |
| 5. | Allahım ürəyimə fikir göndərdi ki, əyanları, hökumət məmurlarını və habelə xalqı yığıb siyahıya alım. Mən ilk qayıdanların nəsil şəcərələrinin siyahısını əldə edib, içində belə bir yazı tapdım: |
| 6. | Babil padşahı Navuxodonosorun əsir aldığı adamlar yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdı. |
| 7. | Bunlar Zerubbabil, Yeşua, Nehemya, Azarya, Raamya, Naxamani, Mordokay, Bilşan, Misperet, Biqvay, Nexum və Baananın başçılığı ilə gəldi. Sürgündən qayıdan İsraillilərin sayı: |
| 8. | Paroş övladları – 2172 nəfər; |
| 9. | Şefatya övladları – 372 nəfər; |
| 10. | Arah övladları – 652 nəfər; |
| 11. | Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2818 nəfər; |
| 12. | Elam övladları – 1254 nəfər; |
| 13. | Zattu övladları – 845 nəfər; |
| 14. | Zakkay övladları – 760 nəfər; |
| 15. | Binnuy övladları – 648 nəfər; |
| 16. | Bevay övladları – 628 nəfər; |
| 17. | Azqad övladları – 2322 nəfər; |
| 18. | Adoniqam övladları – 667 nəfər; |
| 19. | Biqvay övladları – 2067 nəfər; |
| 20. | Adin övladları – 655 nəfər; |
| 21. | Ater, yəni Xizqiya övladları – 98 nəfər; |
| 22. | Xaşum övladları – 328 nəfər; |
| 23. | Besay övladları – 324 nəfər; |
| 24. | Xarif övladları – 112 nəfər; |
| 25. | Giveon övladları – 95 nəfər; |
| 26. | Bet-Lexem və Netofa sakinləri – 188 nəfər; |
| 27. | Anatot sakinləri – 128 nəfər; |
| 28. | Bet-Azmavet sakinləri – 42 nəfər; |
| 29. | Qiryat-Yearim, Kefira və Beerot sakinləri – 743 nəfər; |
| 30. | Rama və Geva sakinləri – 621 nəfər; |
| 31. | Mikmas sakinləri – 122 nəfər; |
| 32. | Bet-El və Ay sakinləri – 123 nəfər; |
| 33. | Digər Nevo sakinləri – 52 nəfər; |
| 34. | Digər Elam övladları – 1254 nəfər; |
| 35. | Xarim övladları – 320 nəfər; |
| 36. | Yerixo övladları – 345 nəfər; |
| 37. | Lod, Xadid və Ono övladları – 721 nəfər; |
| 38. | Senaa övladları – 3930 nəfər. |
| 39. | Kahinlər: Yeşua nəslindən Yedaya övladları – 973 nəfər; |
| 40. | İmmer övladları – 1052 nəfər; |
| 41. | Paşxur övladları – 1247 nəfər; |
| 42. | Xarim övladları – 1017 nəfər. |
| 43. | Levililər: Hodavya nəslindən Yeşua ilə Qadmiel övladları – 74 nəfər. |
| 44. | İlahiçilər: Asəf övladları – 148 nəfər. |
| 45. | Məbəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları, Şovay övladları – 138 nəfər. |
| 46. | Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları, |
| 47. | Qeros övladları, Siya övladları, Padon övladları, |
| 48. | Levana övladları, Xaqava övladları, Şalmay övladları, |
| 49. | Xanan övladları, Giddel övladları, Qaxar övladları, |
| 50. | Reaya övladları, Resin övladları, Neqoda övladları, |
| 51. | Qazzam övladları, Uzza övladları, Paseah övladları, |
| 52. | Besay övladları, Meunim övladları, Nefuşsim övladları, |
| 53. | Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları, |
| 54. | Baslit övladları, Mexida övladları, Xarşa övladları, |
| 55. | Barqos övladları, Sisra övladları, Tamax övladları, |
| 56. | Nesiah övladları, Xatifa övladları. |
| 57. | Süleymanın əyanlarının nəslindən: Sotay övladları, Soferet övladları, Perida övladları, |
| 58. | Yaala övladları, Darqon övladları, Giddel övladları, |
| 59. | Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Amon övladları. |
| 60. | Məbəd qulluqçuları ilə Süleymanın əyanlarının övladları – cəmi 392 nəfər. |
| 61. | Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır: |
| 62. | Delaya övladları, Toviya övladları, Neqoda övladları – 642 nəfər. |
| 63. | Kahinlərdən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları. |
| 64. | Bunlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar. |
| 65. | Yəhudi valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin». |
| 66. | 7337 nəfər kölə və kənizlərdən başqa, |
| 67. | bütün camaat birlikdə 42 360 nəfər idi. Onların kişi və qadınlardan ibarət 245 ilahiçisi var idi. |
| 68. | Bu adamların 736 atı və 245 qatırı, |
| 69. | 435 dəvəsi, 6720 eşşəyi var idi. |
| 70. | Nəsil başçılarının bəziləri işin görülməsi üçün könüllü ianələr verdilər. Vali xəzinəyə 1000 darik qızıl, 50 ləyən, 530 kahin cübbəsi verdi. |
| 71. | Nəsil başçılarından bəziləri iş üçün xəzinəyə 20 000 darik qızıl və 2200 mina gümüş verdilər. |
| 72. | Xalqın sağ qalanlarının verdikləri 20 000 darik qızıl, 2000 mina gümüş, 67 kahin cübbəsi idi. |
| 73. | Kahinlərlə Levililər, qapıçılarla ilahiçilər, xalqın bəzisi, məbəd qulluqçuları və bütün İsraillilər öz şəhərlərində yerləşdilər. Yeddinci ay çatanda artıq İsraillilər öz şəhərlərində idi. |
| ← Nehemiah (7/13) → |