← Joshua (16/24) → |
1. | Yusif övladlarına püşk ilə düşən torpaqların sərhədi şərqdən Yerixo sularından – qarşısındakı İordan çayından başlayıb çöllüyə, Yerixodan Bet-Elin dağlıq bölgəsinə qalxırdı. |
2. | Bet-Eldən isə Luza çıxıb Arklılar torpağına, Atarota keçirdi. |
3. | Sonra qərbə doğru Aşağı Bet-Xoron torpağına qədər, Yafletlilər torpağına, bundan sonra isə Gezerə qədər enirdi. Bu sərhədin sonu dənizdə qurtarırdı. |
4. | Yusifin övladları Menaşşe və Efrayim torpaqlarını irs olaraq aldılar. |
5. | Efrayim övladlarının nəsillərinə görə irs torpağının sərhədi belə idi. Şərqə doğru Atrot-Addardan Yuxarı Bet-Xorona qədər gedib dənizdə bitirdi. |
6. | Şimal tərəfdən isə Mikmetatdan şərqə tərəf uzanıb, Taanat-Şilo şəhərinin şərqindən dönərək Yanoahın şərqinə çıxırdı. |
7. | Yanoahdan isə Atarota və Naaraya enərək oradan Yerixoya çatır və sonu İordan çayında qurtarırdı. |
8. | Bu sərhəd Tappuahdan qərbə tərəf Qana vadisinə gedərək sonu dənizdə bitirdi. Nəsillərinə görə Efrayim övladları qəbiləsinin irs torpağı bunlardır. |
9. | Bundan əlavə, Menaşşe övladlarına düşən torpaqlarda da Efrayim övladları üçün ayrılan şəhər və kəndlər var idi. |
10. | Amma Efrayim övladları Gezerdə yaşayan Kənanlıları qovmadılar. Onlar bu günə qədər Efrayim övladları arasında yaşayır, Efrayim övladları üçün mükəlləfiyyətçi quldurlar. |
← Joshua (16/24) → |