| ← John (10/21) → |
| 1. | Doğrusunu, doğrusunu sizə deyirəm: qoyun ağılına qapıdan girməyib başqa yerdən aşan oğru və quldurdur. |
| 2. | Amma qapıdan girən qoyunların çobanıdır. |
| 3. | Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar. |
| 4. | Öz qoyunlarının hamısını çölə çıxarandan sonra onların önündə gedər və qoyunlar da ardınca gedər, çünki onun səsini tanıyırlar. |
| 5. | Amma yad adamın ardınca getməzlər, ondan qaçarlar, çünki yad adamların səsini tanımazlar». |
| 6. | İsa bu məsəli onlara söylədi, amma onlar İsanın sözlərinin mənasını anlamadılar. |
| 7. | İsa yenə onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm. |
| 8. | Məndən əvvəl gələnlərin hamısı oğru və quldur idi, amma qoyunlar onlara qulaq asmadı. |
| 9. | Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar. |
| 10. | Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun. |
| 11. | Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər. |
| 12. | Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar. |
| 13. | Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çəkməz. |
| 14. | Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm. |
| 15. | Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm. |
| 16. | Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gətirməliyəm. Onlar da səsimi eşidəcək, beləcə tək sürü, tək Çoban olacaq. |
| 17. | Buna görə də Ata Məni sevir, çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım. |
| 18. | Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var. Bu əmri Atamdan almışam». |
| 19. | Bu sözlər üstündə Yəhudilər arasında yenə fikir ayrılığı düşdü. |
| 20. | Onların çoxu dedi: «Onda cin var, dəlidir. Niyə Ona qulaq asırsınız?» |
| 21. | Başqaları isə dedilər: «Bunlar cinə tutulmuş adamın sözləri deyil. Cin heç kor adamın gözlərini aça bilərmi?» |
| 22. | O vaxt Yerusəlimdə Təqdis bayramı keçirilirdi. Qış idi. |
| 23. | İsa məbədin həyətində olan Süleymanın eyvanında gəzirdi. |
| 24. | Yəhudilər İsanın ətrafına yığılıb Ona dedilər: «Nə vaxta qədər ürəyimizi intizarda saxlayacaqsan? Əgər Sən Məsihsənsə, bizə açıq söylə». |
| 25. | İsa onlara cavab verdi: «Sizə söylədim, ancaq buna inanmırsınız. Atamın adı ilə gördüyüm işlər Mənim barəmdə şəhadət edir. |
| 26. | Amma siz inanmırsınız, çünki Mənim quzularımdan deyilsiniz. |
| 27. | Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. |
| 28. | Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. |
| 29. | Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz. |
| 30. | Mən və Ata birik». |
| 31. | Yəhudilər yenə yerdən daş götürdülər ki, Onu daşqalaq etsinlər. |
| 32. | İsa onlara dedi: «Sizə Atadan gələn çoxlu yaxşı iş göstərdim. Siz bunların hansına görə Məni daşqalaq etmək istəyirsiniz?» |
| 33. | Yəhudilər Ona cavab verdilər: «Səni yaxşı işinə görə deyil, insan olduğun halda Özünü Allah sayaraq küfr etdiyinə görə daşqalaq edirik». |
| 34. | İsa onlara dedi: «Məgər sizin öz Qanununuzda yazılmayıb ki, “demişəm: ‹Siz allahlarsınız›”? |
| 35. | Allah Öz kəlamını göndərdiyi adamlara “allahlarsınız” deyir. Müqəddəs Yazı ki pozula bilməz. |
| 36. | Bəs siz niyə “Allahın Oğluyam” dediyim üçün Mənə – Atanın təqdis edib dünyaya göndərdiyi Şəxsə “küfr edirsən” deyirsiniz? |
| 37. | Əgər Atamın işlərini görmürəmsə, Mənə inanmayın. |
| 38. | Amma bu işləri görürəmsə, Mənə inanmasanız da, bunlara inanın. Onda Atanın Məndə, Mənim də Atada olduğumu anlayıb bilərsiniz». |
| 39. | Onlar yenə İsanı tutmağa çalışdı, amma O, əllərindən sıyrılıb çıxdı. |
| 40. | İsa yenə İordanın o biri sahilinə, Yəhyanın əvvəllər vəftiz etdiyi yerə getdi və orada qaldı. |
| 41. | Çoxlu adam Onun yanına gəlib dedi: «Yəhya heç bir əlamət göstərməsə də, onun bu Adam barədə dediyi bütün sözlər doğru çıxdı». |
| 42. | Bir çox adam da orada İsaya iman etdi. |
| ← John (10/21) → |