| ← Job (35/42) → |
| 1. | Elihu sözünü belə davam etdirdi: |
| 2. | «Allah önündə haqlı olduğunu deyirsən. Bunun doğru olduğunumu düşünürsən? |
| 3. | Bəs niyə soruşursan ki, “əgər günah işlətməsəm, Bundan xeyrim, qazancım nə ola bilər?” |
| 4. | Həm sənə, həm də dostlarına Belə cavab verəcəyəm. |
| 5. | Bir bax səmaya, Nəzər sal başının üstündəki buludlara. |
| 6. | Günah işlətsən, bunun Allaha nə ziyanı dəyər? Nə qədər üsyankar olsan da, Ona bir şey olarmı? |
| 7. | Sənin salehliyin Ona nə verir? Yaxud da O, əlindən nəyi alıb götürür? |
| 8. | Pisliyin özün kimisinə ziyan vurur, Salehliyin isə bəşər oğlu üçündür. |
| 9. | İnsanlar ağır təzyiq altında fəryad edir, Güclülərə qarşı yardım istəyir. |
| 10. | Amma deyən yoxdur: “Hanı məni yaradan Allah? Hanı bizə gecələr ilahilər oxutduran Allah? |
| 11. | O bizi yer üzünün heyvanlarından çox öyrədib, Bizə göydəki quşlardan daha çox hikmət verib”. |
| 12. | Orada pislərin qüruru üzündən İnsanlar fəryad edir, Amma Allah cavab vermir. |
| 13. | Əslində Allah boş fəryadı dinləmir, Külli-İxtiyar buna əhəmiyyət vermir. |
| 14. | Sən onu görmədiyini söylədiyin anda belə, Mübahisən önündədir, Onu gözlə. |
| 15. | İndi qəzəblənib cəzalandırmırsa, Təqsirin çoxluğuna baxmır. |
| 16. | Ona görə Əyyub boş yerə ağzını yorur, Avam-avam danışdıqca danışır». |
| ← Job (35/42) → |