← Job (29/42) → |
1. | Əyyub yenə misal çəkərək dedi: |
2. | «Kaş ki ötən aylar geri dönəydi – Allahın məni qoruduğu, |
3. | Çırağının başım üstə işıq saçdığı, Nuru ilə qaranlıqda gəzdiyim günlər. |
4. | Kaş ki həyatımın çiçəkli günləri geri dönəydi – Mənə yar olan Allahın çadırımı qoruduğu, |
5. | Külli-İxtiyarın hər vaxt mənimlə olduğu, Övladlarımın ətrafımda dolandığı, |
6. | Yollarımın südlə yuyulduğu, Yanımdakı qayadan zeytun yağı axdığı günlər. |
7. | Şəhər darvazasına gedərkən, Kürsümü meydanın başına qoyarkən |
8. | Gənclər məni görüb gizlənərdi, Yaşlılar ayağa qalxıb hörmət göstərərdi. |
9. | Başçılar söhbətini dayandırardı, Əlləri ilə ağızlarını tutardı. |
10. | Əsilzadələrin səsi çıxmazdı, Dilləri damaqlarına yapışardı. |
11. | Qulaq məni eşidəndə alqışlayardı, Göz məni görəndə tərifləyərdi. |
12. | Çünki imdad diləyən fəqiri, Köməksiz yetimi qurtarardım. |
13. | Son anlarını yaşayanlar mənə xeyir-dua verərdi, Dul qadının qəlbinə şən nəğmələr verərdim. |
14. | Libas kimi salehliyi geyinmişdim, Sanki ədalətim mənə cübbə və tac idi. |
15. | Korlara göz idim, Topallara ayaq idim, |
16. | Yoxsulların atası idim, Qəriblərin müşküllərinin qayğısına qalırdım, |
17. | Haqsızın çənəsini qırırdım, Ovunu dişlərindən qoparırdım. |
18. | Düşünürdüm: “Son nəfəsimi yuvamdaca verəcəyəm, Ömrümün günlərini qum qədər çoxaldacağam. |
19. | Köküm sulara tərəf rişələnəcək, Budaqlarıma şeh düşəcək. |
20. | Qazandığım şərəf təzələnəcək, Əlimə yeni ox-kaman gələcək”. |
21. | İnsanlar ehtiramla məni dinlərdi, Səssizcə məsləhətimi gözlərdi. |
22. | Heç kim sözümün üstündən söz deməzdi, Sözlərim üzərlərinə tökülərdi. |
23. | Məni yağış kimi gözləyirdilər, Yaz yağışı tək sözlərimi içirdilər, |
24. | Üzlərinə gülümsəyəndə gözlərinə inanmazdılar, Gülər üzümdən ruhlanardılar. |
25. | Onlara yol göstərərdim, başçı kimi əyləşərdim, Əsgərlərin arasında padşah kimi ömür sürərdim, Yaslılara təsəlli verənə bənzəyərdim. |
← Job (29/42) → |