| ← Job (25/42) → | 
| 1. | Şuahlı Bildad belə cavab verdi: | 
| 2. | «Səltənət və zəhm Allaha məxsusdur, Uca göylərdə nizam quran Odur. | 
| 3. | Orduları saya gələrmi? İşığı kimin üzünə doğmaz? | 
| 4. | Fani insan Allah qarşısında necə saleh ola bilər? Qadından doğulan necə təmiz ola bilər? | 
| 5. | Bax Onun gözündə ay belə, parlaq deyilsə, Ulduzlar belə, pak deyilsə, | 
| 6. | Torpaq qurduna bənzər fani insan necə ola bilər? Axı bəşər oğlu bir cücüyə bənzər». | 
| ← Job (25/42) → |