← Job (23/42) → |
1. | Əyyub belə cavab verdi: |
2. | «Bu gün də acı-acı şikayət edəcəyəm, Naləmə baxmayaraq üstümdə Allahın əli ağırdır. |
3. | Kaş biləydim Onu harada tapmaq olar, Məskəninə çatmaq olar. |
4. | O zaman davamı Onun hüzurunda dilə gətirərdim, Dəlillərimi dalbadal düzərdim. |
5. | Mənə verəcəyi cavabı öyrənərdim, Dediyini dərk edərdim. |
6. | Əzəməti, qüdrəti ilə əleyhimə çıxardımı? Xeyr, yəqin sözümə qulaq asardı. |
7. | Hüzurunda bir haqlı insan mübahisə etsəydi, Mən hakimimin yanında haqq qazanardım. |
8. | Şərqə getsəm, Allah orada deyil, Qərbə getsəm, Onu tapa bilmirəm. |
9. | O, şimalda işləsə, gözüm seçməz, Cənuba dönsə, Onu görə bilmərəm. |
10. | Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram. |
11. | Hər addımını yaxından izlədim, Azmadan yoluna bağlı qaldım. |
12. | Ağzından çıxan əmrlərdən ayrılmadım, Gündəlik çörəkdən çox ağzından çıxan sözləri qiymətləndirdim. |
13. | O təkbaşına dayanıb, kim Onu döndərə bilər? Könlü nə istəsə, onu edər. |
14. | Mənimlə bağlı qərarını yerinə yetirəcək, Belə fikirləri çoxdur. |
15. | Ona görə hüzurunda dəhşətə gəlirəm, Bunları düşünəndə Ondan vahimələnirəm. |
16. | Allah qəlbimin cəsarətini qırdı, Külli-İxtiyar məni qorxuya saldı. |
17. | Sifətimi qatı qaranlıq bürüsə belə, Məni zülmət susdura bilməz. |
← Job (23/42) → |