| ← Job (22/42) → |
| 1. | Temanlı Elifaz belə cavab verdi: |
| 2. | «İnsan Allaha fayda verə bilərmi? Müdrik adam Ona fayda verərmi? |
| 3. | Sənin salehliyindən Külli-İxtiyar nə ləzzət alır? Sənin düz həyat tərzinin Ona nə faydası var? |
| 4. | Səni tənbeh etməsi, mübarizə aparması Ondan qorxduğun üçündürmü? |
| 5. | Pisliyin böyük deyilmi, Təqsirin hədsiz deyilmi? |
| 6. | Çünki qardaşlarından səbəbsiz girov aldın, Onları lüt qoydun. |
| 7. | Yorğuna bir içim su vermədin, Ac olandan çörəyini əsirgədin. |
| 8. | Qol gücünlə ölkəyə sahib oldun, Hörmətli insan kimi orada yaşadın. |
| 9. | Dul qadınları əliboş qaytardın, Yetimlərin qol-qanadını qırdın. |
| 10. | Ona görə hər yanını tələlər bürüyüb, Qəfil qorxu səni dəhşətləndirib. |
| 11. | Hər şeyə qara vurub görmürsən, Sellərdə boğulursan. |
| 12. | Allah göylərdə – ucalarda deyilmi? Ən uzaq ulduzlara bir nəzər sal, Gör nə qədər ucalarda yerləşib! |
| 13. | Amma deyirsən “Allah nə bilir? Qatı qaranlıq içindən hökm verə bilərmi? |
| 14. | Görə bilmir, qara buludlar Ona mane olur, Göy qübbəsinin üzərində dolaşır”. |
| 15. | Pis adamların gəzdiyi Köhnə yolumu tutacaqsan? |
| 16. | Onlar vaxtı çatmamış çəkilib getdilər, Təməllərini sellər basdı. |
| 17. | Allaha dedilər: “Bizdən uzaq ol! Bizə Külli-İxtiyar nə edə bilər?” |
| 18. | Amma evlərini bərəkətlə dolduran Allah idi, Ona görə pislərin nəsihəti qoy məndən uzaq olsun. |
| 19. | Salehlər pislərin həlak olduğunu görüb sevinir, Günahsızlar onlara belə istehza edir: |
| 20. | “Düşmənlərimiz yox oldu, Onlardan nə qaldısa, yanıb kül oldu”. |
| 21. | Allahla barışıb dost olsan, Xeyir taparsan. |
| 22. | Onun ağzından çıxan təlimi qəbul et, Onun sözlərini qəlbində saxla. |
| 23. | Külli-İxtiyara tərəf dönsən, Əvvəlki halına düşərsən. Çadırın şərdən uzaq olsa, |
| 24. | Qızılını torpağa, Ofir qızılını dərədəki çınqıllığa atsan, |
| 25. | Külli-İxtiyar sənin qızılın olar, Qiymətli gümüşün olar. |
| 26. | Onda Külli-İxtiyardan zövq alarsan, Allaha üz tutarsan. |
| 27. | Ona yalvarsan, səni eşidər, Etdiyin nəzirləri yerinə yetirərsən. |
| 28. | O da dediyin sözü yerinə yetirər, Yollarına nur səpilər. |
| 29. | İnsanlar səni alçaldanda “Baş ucalığına görədir” deyərsən, Çünki Allah itaətkarları xilas edər. |
| 30. | O, günahsız olmayanı belə qurtarar, Sənin əllərinin təmizliyinə görə günahkar xilas olar». |
| ← Job (22/42) → |