| ← Job (17/42) → |
| 1. | Taqətim kəsilir, günlərim batır, Məni məzar gözləyir. |
| 2. | Həqiqətən, ətrafıma rişxəndçilər yığılır, Gözüm onların düşmənçiliyini görür. |
| 3. | Ey Allah, Öz hüzurunda mənə zəmanət ver. Başqa kim var ki, mənə zamin dursun? |
| 4. | Çünki onların qəlbini anlayış üçün bağladın, Ona görə onlara zəfər qazandırmayacaqsan. |
| 5. | Pul üçün dostlarını satanın Övladlarının işığı sönəcək. |
| 6. | Allah məni insanların dilinə saldı, Üzümə tüpürdülər. |
| 7. | Gözümün nuru kədərdən qaraldı, Bütün əzalarım kölgə kimi qaldı. |
| 8. | Buna əməlisaleh insanlar mat qalıb, Günahsızlar allahsızlara qarşı çıxır. |
| 9. | Saleh insanlar öz yolunu tutur, Əlitəmiz olanlar getdikcə güclənir. |
| 10. | Amma hamınız qayıdıb gəlsəniz, Aranızdan bir hikmətli insan tapmaram. |
| 11. | Günlərim ötüşdü, Fikirlərim, arzularım pərən-pərən düşdü. |
| 12. | Onlar gecəni gündüzə çevirir, “Zülmətə işıq yaxındır” deyir. |
| 13. | Əgər ölülər diyarını evimdir deyə gözləsəm, Yatağımı qaranlıqda sərsəm, |
| 14. | Qəbirə “atam sənsən”, Qurda “anam-bacım sənsən” desəm, |
| 15. | Ümidim hara gedər? Mənim ümidimi kim görər? |
| 16. | Ümid mənimlə ölülər diyarınamı düşər? Mənimlə birgə torpaq altınamı girər?» |
| ← Job (17/42) → |