← Jeremiah (47/52) → |
1. | Firon Qəzzəyə hücum etməzdən əvvəl Yeremya peyğəmbərə Filiştlilər barədə Rəbbin bu sözü nazil oldu: |
2. | «Rəbb belə deyir: “Budur, şimaldan sular qalxır, Onlar sel kimi daşacaq, Ölkənin və oradakı hər şeyin, Şəhərin və orada yaşayanların üstünə axacaq. İnsanlar fəryad edəcək, O ölkədə yaşayanların hamısı nalə çəkəcək. |
3. | Ayğırlarının yeri döyən dırnaqlarının səsindən, Döyüş arabalarının vəlvələsindən, Təkərlərinin gurultusundan Əlləri taqətdən düşdüyü üçün Atalar dönüb oğullarına baxmır. |
4. | Çünki Filiştlilərin məhv ediləcəyi gün gəlir. Sur və Sidona yardım edə bilən, Sağ qalan hər kəs yox ediləcək. Rəbb Kaftor sahilindən gələn Filiştlilərin sağ qalanlarını həlak edəcək. |
5. | Qəzzə saçını yolacaq, Aşqelon susdurulacaq. Ey düzənliklərində sağ qalanlar, Nə vaxta qədər bədənlərinizi yaralayacaqsınız? |
6. | ‹Ey Rəbbin qılıncı, Nə vaxt sakitləşəcəksən? Qınına dön, dayan və sakit ol!› deyəcəksiniz. |
7. | Rəbb əmr etdiyi halda Qılınc necə susa bilər? Rəbb onu oraya – Aşqelona, Dəniz sahilinə qarşı göndərdi”». |
← Jeremiah (47/52) → |