| ← Hosea (3/14) → |
| 1. | Rəbb mənə dedi: «Get yenə də aşnasının sevdiyi zina edən qadını sev, necə ki Rəbb İsrail övladlarını sevir, onlarsa başqa allahlara üz tutur və bunlara təqdim edilən üzüm kökələrini sevir». |
| 2. | Mən də qadını özüm üçün on beş gümüşə və bir yarım xomer arpaya satın aldım. |
| 3. | Ona dedim: «Uzun müddət mənim yanımda qal, başqa bir kişi ilə olub zina etmə. Mən də səninlə belə rəftar edərəm. |
| 4. | Ona görə ki İsrail övladları uzun müddət padşah və başçı, qurban və müqəddəs daş, efod və ev bütləri olmadan yaşayacaq. |
| 5. | Sonra İsrail övladları dönüb özlərinin Allahı Rəbbi və padşahı Davudu axtaracaq. Axır zamanda lərzə içində Rəbbə və Onun xeyirxahlığına doğru yönələcəklər». |
| ← Hosea (3/14) → |