Hosea (14/14)    

1. Allahın Rəbbə üz tut, ey İsrail, Çünki günahlarından ötrü büdrədin.
2. Dua sözləri ilə Rəbbə tərəf dönün. Ona belə deyin: «Hər qəbahətimizi bağışla, Bizi mərhəmətlə qəbul et. Buğalar yerinə ağzımızdan çıxan Şükürləri təqdim edirik.
3. Aşşur bizi xilas etməyəcək, Atların belinə minməyəcəyik, Artıq əl işlərimizə “Allahlarımız” deməyəcəyik. Çünki yetim Səndən mərhəmət görəcək».
4. «Onların dönüklüyünə əlac edəcəyəm, Onları ürəkdən sevəcəyəm, Çünki qəzəbim onlardan vaz keçdi.
5. Mən İsrailə bir şeh olacağam, O, zanbaq kimi çiçək açacaq, Livan sidri kimi kök atacaq.
6. Qollu-budaqlı olacaq, Zeytun ağacı kimi gözəl olacaq, Livan sidri kimi ətir saçacaq.
7. Adamlar yenə də kölgəsi altında oturub Buğda kimi cücərəcək, Meynə kimi tumurcuqlayacaq, Şöhrəti Livan şərabı kimi olacaq.
8. Efrayim deyəcək: “Artıq bütlər nəyimə gərəkdir?” Mən onun səsini eşidəcəyəm, Ona nəzər salacağam. Mən həmişəyaşıl şam kimiyəm, Sənin bar verməyin Məndən gələcək.
9. Kim müdrikdirsə, bu sözləri dərk etsin, Kim dərrakəlidirsə, bunları başa düşsün. Çünki Rəbbin yolları düzdür. Salehlər o yollarla gedir, Ancaq üsyankarlar o yollarda büdrəyir».

  Hosea (14/14)