← Hebrews (8/13) → |
1. | Deyilənlərin əsası isə budur: bizim elə bir Baş Kahinimiz var ki, göylərdəki möhtəşəm Allahın taxtının sağında oturub. |
2. | O, Müqəddəs məkanda və insanın deyil, Rəbbin qurduğu həqiqi çadırda xidmət edir. |
3. | Hər baş kahin təqdim və qurban gətirmək üçün təyin olunur. Buna görə bizim də Baş Kahinimizin təqdim etmək üçün nəyisə olmalıdır. |
4. | Əgər Özü yer üzündə olsaydı, əsla Kahin olmazdı. Çünki Qanuna əsasən təqdim gətirənlər var. |
5. | Onlar göylərdəkilərin təsviri və kölgəsi olan yerdə ibadət edir, necə ki Musa İbadət çadırını qurmaq üzrə olanda Allah onu xəbərdar etmişdi: «Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt». |
6. | Amma indi İsa daha yaxşı vədlər üzərində qurulmuş daha yaxşı bir Əhdin Vasitəçisi olduğu qədər üstün bir xidmətə nail oldu. |
7. | Əgər ilk Əhd qüsursuz olsaydı, ikinci Əhdə səbəb axtarılmazdı. |
8. | Çünki Allah Öz xalqını təqsirkar çıxararaq deyir: «Rəbb bəyan edir: “İsrail xalqı və Yəhuda xalqı ilə Yeni bir Əhd bağlayacağım günlər yaxınlaşır. |
9. | Bu Əhd Atalarını Misir torpağından çıxartmaq üçün Əllərindən tutduğum gün Onlarla bağladığım əhdə bənzəməyəcək. Çünki onlar əhdimə sadiq qalmadılar, Mən də onlardan üz döndərdim” Rəbb belə bəyan edir. |
10. | “O günlərdən sonra İsrail xalqı ilə Bağlayacağım Əhd belədir” Rəbb bəyan edir, “Qanunlarımı onların zehinlərinə qoyub Ürəklərinə yazacağam. Mən onların Allahı, Onlar da Mənim xalqım olacaq. |
11. | Bir kəs öz həmvətənini yaxud qardaşını ‹Rəbbi tanı› deyib öyrətməyəcək. Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. |
12. | Çünki təqsirlərinə qarşı mərhəmətli olacağam, Günahlarını daha yada salmayacağam”». |
13. | Allah «Yeni Əhd» deməklə birincisinin köhnə olduğunu göstərir. Köhnələn və yaşa dolansa çox keçmədən yox olur. |
← Hebrews (8/13) → |