Hebrews (1/13) → |
1. | Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi. |
2. | Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı. |
3. | Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu. |
4. | Mələklərdən nə qədər üstün adı irs olaraq aldısa, o qədər onlardan üstün oldu. |
5. | Axı Allah mələklərin hansına nə vaxtsa «Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum» yaxud «Mən Ona Ata, O isə Mənə Oğul olacaq» demişdir? |
6. | Yenə də Allah İlk Doğulanı dünyaya gətirəndə deyir: «Allahın bütün mələkləri qoy Onun qarşısında səcdə etsin». |
7. | Mələklər barəsində isə deyir: «Öz mələklərini küləklərə, Öz xidmətçilərini yanar oda döndərir!» |
8. | Amma Oğul haqqında bunu deyir: «Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır. |
9. | Salehliyi sevib qanunsuzluğa nifrət etmisən. Ona görə Allah, Sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox Səni məsh edib». |
10. | Yenə deyir: «Ya Rəbb, Sən yerin təməlini əzəldən qurmusan, Göylər Sənin əllərinin işidir! |
11. | Onlar yox olacaq, amma Sən qalacaqsan, Hamısı paltar kimi köhnələcək, |
12. | Onları geyim kimi bükəcəksən, Onları paltar kimi dəyişdirəcəksən. Amma Sən dəyişməzsən, İllərin tükənməzdir». |
13. | Lakin Allah mələklərin hansına nə vaxtsa «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur» demişdir? |
14. | Bütün mələklər xilası irs olaraq alacaq şəxslərə xidmət etmək üçün göndərilən xidmətçi ruhlar deyilmi? |
Hebrews (1/13) → |