← Genesis (5/50) → |
1. | Adəmin nəsil tarixçəsi belədir. Allah insanı yaradanda onu Öz bənzərinə görə yaratdı. |
2. | Allah onları kişi və qadın olaraq yaratdı, onlara xeyir-dua verdi və yaratdığı gün onları «insan» adlandırdı. |
3. | Adəmin yüz otuz yaşı olanda özünə bənzər, öz surətində bir oğlu oldu və adını Şet qoydu. |
4. | Şet doğulandan sonra Adəm səkkiz yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. |
5. | Adəm doqquz yüz otuz il ömür sürüb öldü. |
6. | Şet yüz beş yaşında olanda oğlu Enoş doğuldu. |
7. | Enoş doğulandan sonra Şet səkkiz yüz yeddi il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. |
8. | Şet doqquz yüz on iki il ömür sürüb öldü. |
9. | Enoş doxsan yaşında olanda oğlu Qenan doğuldu. |
10. | Qenan doğulandan sonra Enoş səkkiz yüz on beş il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. |
11. | Enoş doqquz yüz beş il ömür sürüb öldü. |
12. | Qenan yetmiş yaşında olanda oğlu Mahalalel doğuldu. |
13. | Mahalalel doğulandan sonra Qenan səkkiz yüz qırx il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. |
14. | Qenan doqquz yüz on il ömür sürüb öldü. |
15. | Mahalalel altmış beş yaşında olanda oğlu Yered doğuldu. |
16. | Yered doğulandan sonra Mahalalel səkkiz yüz otuz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. |
17. | Mahalalel səkkiz yüz doxsan beş il ömür sürüb öldü. |
18. | Yered yüz altmış iki yaşında olanda oğlu Xanok doğuldu. |
19. | Xanok doğulandan sonra Yered səkkiz yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. |
20. | Yered doqquz yüz altmış iki il ömür sürüb öldü. |
21. | Xanok altmış beş yaşında olanda oğlu Metuşelah doğuldu. |
22. | Metuşelah doğulandan sonra Xanok üç yüz il Allahla bir yol getdi. Onun çoxlu oğlu və qızı oldu. |
23. | Xanok üç yüz altmış beş il yaşadı. |
24. | O, Allahla bir yol getdi. Sonra qeyb oldu, çünki Allah onu Öz yanına götürdü. |
25. | Metuşelah yüz səksən yeddi yaşında olanda oğlu Lemek doğuldu. |
26. | Lemek doğulandan sonra Metuşelah yeddi yüz səksən iki il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. |
27. | Metuşelah doqquz yüz altmış doqquz il ömür sürüb öldü. |
28. | Lemek yüz səksən iki yaşında olanda bir oğlu doğuldu. |
29. | O dedi: «Bu oğul Rəbbin lənətlədiyi torpağı becərəndə çəkdiyimiz əziyyətlərdə, əlimizin zəhmətində bizə təsəlli verəcək». Buna görə də onun adını Nuh qoydu. |
30. | Nuh doğulandan sonra Lemek beş yüz doxsan beş il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. |
31. | Lemek yeddi yüz yetmiş yeddi il ömür sürüb öldü. |
32. | Nuh beş yüz yaşında olanda Sam, Ham və Yafəs adında oğulları oldu. |
← Genesis (5/50) → |