← Genesis (36/50) → |
1. | Esavın, yəni Edomun tarixçəsi belədir. |
2. | Esav Kənan qızlarından Xetli Elonun qızı Adanı, Xivli Siveonun qızı Ananın qızı Oholivamanı, |
3. | həmçinin İsmailin qızı, Nevayotun bacısı Basmatı arvad aldı. |
4. | Ada Esava Elifazı doğdu, Basmat isə Reueli doğdu. |
5. | Oholivama Yeuşu, Yalamı və Qorahı doğdu; Esavın Kənan torpağında doğulan oğulları bunlardır. |
6. | Esav arvadlarını, oğullarını, qızlarını, evindəki adamların hamısını, sürülərini, bütün heyvanlarını və Kənan torpağında qazandığı bütün var-dövləti götürüb qardaşı Yaqubun yanından başqa bir torpağa getdi. |
7. | Çünki əmlakları çox olduğuna görə bir yerdə yaşaya bilmədilər; sürüləri çox olduğu üçün qaldıqları torpağa sığmırdılar. |
8. | Esav, yəni Edom Seir dağlıq diyarında məskən saldı. |
9. | Edomluların əcdadı Esavın Seir dağlıq diyarındakı tarixçəsi belədir. |
10. | Esavın oğullarının adları belədir: Esavın arvadı Adanın oğlu Elifaz, Esavın arvadı Basmatın oğlu Reuel. |
11. | Elifazın oğulları: Teman, Omar, Sefo, Qatam və Qenaz. |
12. | Timna Esavın oğlu Elifazın cariyəsi idi. O, Elifaza Amaleqi doğdu. Esavın arvadı Adanın nəvələri bunlardır. |
13. | Reuelin oğulları bunlardır: Naxat, Zerah, Şamma və Mizza; bunlar Esavın arvadı Basmatın nəvələridir. |
14. | Esavın arvadı Siveon qızı Ana qızı Oholivamanın oğulları bunlardır: o, Esava Yeuşu, Yalamı və Qorahı doğdu. |
15. | Esav oğullarının başçıları bunlardır: Esavın ilk oğlu Elifazın oğulları: başçı Teman, başçı Omar, başçı Sefo, başçı Qenaz, |
16. | başçı Qorah, başçı Qatam, başçı Amaleq. Edom torpağında Elifazdan olan başçılar bunlardır; onlar Adanın nəvələridir. |
17. | Esavın oğlu Reuelin oğulları bunlardır: başçı Naxat, başçı Zerah, başçı Şamma, başçı Mizza. Edom torpağında Reueldən olan başçılar bunlardır; onlar Esavın arvadı Basmatın nəvələridir. |
18. | Esavın arvadı Oholivamanın oğulları bunlardır: başçı Yeuş, başçı Yalam, başçı Qorah; onlar Esavın arvadı Ana qızı Oholivamanın nəslindən olan başçılardır. |
19. | Bunlar Esavın, yəni Edomun oğullarıdır, bunlar da onların başçılarıdır. |
20. | Ölkədə yaşayan Xorlu Seirin oğulları bunlardır: Lotan, Şoval, Siveon, Ana, |
21. | Dişon, Eser və Dişan. Edom torpağında başçılıq edən Xorlu Seirin oğulları bunlardır. |
22. | Lotanın oğulları Xori və Hemam, Lotanın bacısı Timna. |
23. | Şovalın oğulları bunlardır: Alvan, Manaxat, Eval, Şefo və Onam. |
24. | Siveonun oğulları bunlardır: Ayya və Ana; atası Siveonun eşşəklərini otararkən çöldə isti bulaqlar tapan Ana budur. |
25. | Ananın övladları bunlardır: Dişon və Ananın qızı Oholivama. |
26. | Dişonun oğulları bunlardır: Xemdan, Eşban, İtran və Keran. |
27. | Eserin oğulları bunlardır: Bilhan, Zaavan və Aqan. |
28. | Dişanın oğulları bunlardır: Us və Aran. |
29. | Xorlulardan olan başçılar bunlardır: başçı Lotan, başçı Şoval, başçı Siveon, başçı Ana, |
30. | başçı Dişon, başçı Eser, başçı Dişan; Seir torpağında qəbilələrinə görə Xorlu başçılar bunlardır. |
31. | İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır: |
32. | Edomda Beorun oğlu Bela padşah oldu. Onun şəhəri Dinhava idi. |
33. | Bela öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padşah oldu. |
34. | Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu. |
35. | Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri Avit idi. |
36. | Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu. |
37. | Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu. |
38. | Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu. |
39. | Akbor oğlu Baal-Xanan öldü və onun yerinə Hadar padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi. |
40. | Esavın nəslindən olan başçıların qəbilələrinə və yerlərinə görə adları belədir: başçı Timna, başçı Alva, başçı Yetet, |
41. | başçı Oholivama, başçı Ela, başçı Pinon, |
42. | başçı Qenaz, başçı Teman, başçı Mivsar, |
43. | başçı Maqdiel, başçı İram; sahib olduqları ölkədə yaşadıqları yerlərə görə Edom başçıları bunlardır. Esav da Edomluların əcdadıdır. |
← Genesis (36/50) → |