| ← Genesis (10/50) → |
| 1. | Nuhun oğulları Sam, Ham və Yafəsin nəsil tarixçəsi belədir. Daşqından sonra onların oğulları oldu. |
| 2. | Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras. |
| 3. | Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma. |
| 4. | Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Dodanim. |
| 5. | Onların nəsilləri adalara, öz torpaqlarına yayıldı. Öz millətlərinin arasında dillərə və qəbilələrə ayrıldı. |
| 6. | Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan. |
| 7. | Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan. |
| 8. | Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu. |
| 9. | Nəmrud Rəbbin önündə mahir bir ovçu idi, buna görə də xalqın arasında «Rəbbin önündə Nəmrud kimi mahir ovçu» sözü deyilir. |
| 10. | Əvvəlcə onun padşahlığına Şinar ölkəsində olan Babil, Erek, Akkad və Kalne daxil idi. |
| 11. | O bu torpaqdan Aşşur torpağına köçüb, Ninevanı, Rexovot-İri, Kelahı, |
| 12. | Nineva ilə böyük şəhər olan Kelahın arasındakı Reseni tikdi. |
| 13. | Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular, |
| 14. | Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular. |
| 15. | Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet, |
| 16. | həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar, |
| 17. | Xivlilər, Arqlılar, Sinlilər, |
| 18. | Ervadlılar, Semarlılar və Xamatlılar. Sonralar Kənan qəbilələri ətraf yerlərə yayıldı. |
| 19. | Kənanlıların ərazisi Sidondan Gerara tərəf Qəzzəyə qədər, Sodoma, Homorraya, Admaya, Sevoyimə tərəf Leşaya qədər uzanırdı. |
| 20. | Bunlar öz ölkələrində və millətlərinin arasında qəbilələrinə və dillərinə görə ayrılan Ham oğulları idi. |
| 21. | Everin bütün oğullarının əcdadı və Yafəsin böyük qardaşı olan Samın da oğulları oldu. |
| 22. | Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud və Aram. |
| 23. | Aramın oğulları: Us, Xul, Geter və Maş. |
| 24. | Arpakşaddan Şelah törədi, Şelahdan Ever törədi. |
| 25. | Everin iki oğlu oldu: birinin adı Peleq idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi. |
| 26. | Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah, |
| 27. | Hadoram, Uzal, Diqla, |
| 28. | Oval, Avimael, Səba, |
| 29. | Ofir, Xavila və Yovav törədi; bunların hamısı Yoqtanın oğulları idi. |
| 30. | Onlar şərqdə – Meşadan Sefara tərəf yerləşən dağlıq bölgədə məskən salmışdı. |
| 31. | Bunlar öz ölkələrində və millətləri arasında qəbilələrinə və dillərinə görə ayrılan Sam oğulları idi. |
| 32. | Öz millətləri arasında nəsillərinə görə Nuh oğullarının qəbilələri bunlardır. Daşqından sonra onların nəsillərindən yer üzünə millətlər yayıldı. |
| ← Genesis (10/50) → |