| ← Ezra (2/10) → | 
| 1. | Babil padşahı Navuxodonosorun Babilə apardığı əsirlər yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdılar. | 
| 2. | Onlar Zerubbabil, Yeşua, Nehemya, Seraya, Reelaya, Mordokay, Bilşan, Mispar, Biqvay, Rexum, Baananın başçılığı ilə gəldilər. Sürgündən qayıdan İsraillilərin sayı: | 
| 3. | Paroş övladları – 2172 nəfər; | 
| 4. | Şefatya övladları – 372 nəfər; | 
| 5. | Arah övladları – 775 nəfər; | 
| 6. | Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2812 nəfər; | 
| 7. | Elam övladları – 1254 nəfər; | 
| 8. | Zattu övladları – 945 nəfər; | 
| 9. | Zakkay övladları – 760 nəfər; | 
| 10. | Bani övladları – 642 nəfər; | 
| 11. | Bevay övladları – 623 nəfər; | 
| 12. | Azqad övladları – 1222 nəfər; | 
| 13. | Adoniqam övladları – 666 nəfər; | 
| 14. | Biqvay övladları – 2056 nəfər; | 
| 15. | Adin övladları – 454 nəfər; | 
| 16. | Ater, yəni Xizqiya övladları – 98 nəfər; | 
| 17. | Besay övladları – 323 nəfər; | 
| 18. | Yora övladları – 112 nəfər; | 
| 19. | Xaşum övladları – 223 nəfər; | 
| 20. | Gibbar övladları – 95 nəfər; | 
| 21. | Bet-Lexem övladları – 123 nəfər; | 
| 22. | Netofa sakinləri – 56 nəfər; | 
| 23. | Anatot sakinləri – 128 nəfər; | 
| 24. | Azmavet övladları – 42 nəfər; | 
| 25. | Qiryat-Arim, Kefira və Beerot övladları – 743 nəfər; | 
| 26. | Rama və Geva övladları – 621 nəfər; | 
| 27. | Mikmas sakinləri – 122 nəfər; | 
| 28. | Bet-El və Ay sakinləri – 223 nəfər; | 
| 29. | Nevo övladları – 52 nəfər; | 
| 30. | Maqbiş övladları – 156 nəfər; | 
| 31. | Digər Elam övladları – 1254 nəfər; | 
| 32. | Xarim övladları – 320 nəfər; | 
| 33. | Lod, Xadid və Ono övladları – 725 nəfər; | 
| 34. | Yerixo övladları – 345 nəfər; | 
| 35. | Senaa övladları – 3630 nəfər. | 
| 36. | Kahinlər: Yeşua nəslindən Yedaya övladları – 973 nəfər; | 
| 37. | İmmer övladları – 1052 nəfər; | 
| 38. | Paşxur övladları – 1247 nəfər; | 
| 39. | Xarim övladları – 1017 nəfər. | 
| 40. | Levililər: Hodavya nəslindən yaranan Yeşua və Qadmiel övladları – 74 nəfər. | 
| 41. | İlahiçilər: Asəf övladları – 128 nəfər. | 
| 42. | Məbəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları və Şovay övladları ilə birlikdə 139 nəfər. | 
| 43. | Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları, | 
| 44. | Qeros övladları, Siaha övladları, Padon övladları, | 
| 45. | Levana övladları, Xaqava övladları, Aqquv övladları, | 
| 46. | Xaqav övladları, Şamlay övladları, Xanan övladları, | 
| 47. | Giddel övladları, Qaxar övladları, Reaya övladları, | 
| 48. | Resin övladları, Neqoda övladları, Qazzam övladları, | 
| 49. | Uzza övladları, Paseah övladları, Besay övladları, | 
| 50. | Asna övladları, Meunim övladları, Nefusim övladları, | 
| 51. | Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları, | 
| 52. | Baslut övladları, Mexida övladları, Xarşa övladları, | 
| 53. | Barqos övladları, Sisra övladları, Tamax övladları, | 
| 54. | Nesiah övladları, Xatifa övladları. | 
| 55. | Süleymanın əyanlarının nəslindən: Sotay övladları, Hassoferet övladları, Peruda övladları, | 
| 56. | Yela övladları, Darqon övladları, Giddel övladları, | 
| 57. | Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Ami övladları. | 
| 58. | Məbəd qulluqçuları ilə Süleymanın əyan qullarının övladları – cəmi 392 nəfər. | 
| 59. | Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır: | 
| 60. | Delaya övladları, Toviya övladları, Neqoda övladları – 652 nəfər. | 
| 61. | Kahinlərin nəslindən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları. | 
| 62. | Onlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar. | 
| 63. | Yəhuda valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin». | 
| 64. | Bütün camaat birlikdə 42 360 nəfər idi. | 
| 65. | Bundan başqa, 7337 nəfər kölə və kənizlər, 200 nəfər kişi və qadından ibarət ilahiçi var idi. | 
| 66. | Bu adamların 736 atı, 245 qatırı, | 
| 67. | 435 dəvəsi, 6720 eşşəyi var idi. | 
| 68. | Rəbbin Yerusəlimdəki məbədinə gələn zaman bəzi nəsil başçıları Allahın evini öz yerində tikmək üçün könüllü ianələr verdilər. | 
| 69. | Bu iş üçün yığılan xəzinəyə imkan daxilində altmış bir min darik qızıl, beş min mina gümüş və yüz kahin geyimi verdilər. | 
| 70. | Kahinlər, Levililər, xalqın bəziləri, ilahiçilər, məbəd qapıçıları və qulluqçuları öz şəhərlərində yerləşdilər. Beləliklə, İsraillilər isə öz şəhərlərində yerləşdilər. | 
| ← Ezra (2/10) → |