← Ezra (10/10) |
1. | Ezra Allah evinin qarşısında ağlayıb yerə sərilərək dua və etiraf edərkən İsraillilərdən çox böyük bir camaat – kişilər, qadınlar və uşaqlar onun yanına yığıldı. Xalq da acı-acı ağlayırdı. |
2. | Elam övladlarından Yexiel oğlu Şekanya Ezraya müraciət edib dedi: «Biz Allahımıza xəyanət edərək ətrafımızdakı xalqlardan yadelli arvadlar aldıq. Buna baxmayaraq, hələ də İsraillilərin ümidi var. |
3. | Ağamızın və Allahımızın əmri üzərində əsənlərin məsləhətinə görə bütün belə arvadları və onlardan doğulanları ataq. Gəlin bunun üçün indi Allahımızla əhd bağlayaq. Qoy bu Qanuna görə edilsin. |
4. | Qalx, çünki bu işin məsuliyyətini daşıyan sənsən və biz də səninləyik. Ürəkli ol, işə başla!» |
5. | Ezra ayağa qalxdı. Kahinlərin rəhbərlərinə, Levililərə və digər İsraillilərə bu sözü yerinə yetirmələri üçün and içdirdi. Onlar da and içdilər. |
6. | Ezra Allah evinin qarşısından ayrılıb Elyaşivin oğlu Yehoxananın otağına girdi. Gecəni orada keçirib nə çörək yedi, nə də su içdi, çünki sürgündən qayıdanların bu xəyanətinə görə yas tuturdu. |
7. | Yəhudada və Yerusəlimdə sürgündən qayıdanların hamısına elan etdilər ki, Yerusəlimə yığılsınlar. |
8. | Başçıların və ağsaqqalların məsləhətinə görə üç gün ərzində buraya gəlməyən hər adamın bütün əmlakı müsadirə ediləcək və özü də sürgündən qayıdan camaatın içərisindən çıxarılacaq. |
9. | Yəhudanın və Binyaminin bütün adamları üç gün ərzində Yerusəlimə yığıldı. Bu doqquzuncu ayın iyirmisində oldu. Bütün xalq bu hadisədən, həm də yağışdan ötrü əsə-əsə Allah evinin qarşısında, meydanda oturdu. |
10. | Kahin Ezra ayağa qalxıb onlara dedi: «Siz xəyanət etmisiniz. İsrailin günahını daha da artıraraq yadelli arvadlar almısınız. |
11. | İndi atalarınızın Allahı Rəbbə öz günahlarınızı etiraf edin və Onun iradəsini yerinə yetirin. Ətrafınızdakı xalqlardan, yadelli arvadlardan ayrılın». |
12. | Bütün camaat bərkdən cavab verib dedi: «Bəli, haqlısan, sənin sözlərinə əməl etmək bizim borcumuzdur. |
13. | Amma yağış vaxtıdır, bayırda dayanmağa taqətimiz yoxdur, xalq isə çoxdur. Bu iş bir-iki günün işi deyil. Çünki belə əməllə günahımızı artırmışıq. |
14. | Qoy bütün xalqı rəhbərlərimiz təmsil etsin. Bu işə görə Allahımızın coşan qəzəbi soyuyanadək şəhərlərimizdəki hər yadelli arvad alan şəxs şəhər ağsaqqalları və hakimlərlə bərabər təyin olunacaq vaxtda buraya gəlsin». |
15. | Buna qarşı yalnız Asahel oğlu Yonatan və Tiqva oğlu Yaxzeya çıxdı. Meşullamla Levili Şabbetay da onlara kömək etdi. |
16. | Sürgündən qayıdanlar bu sözə əməl etdi. Kahin Ezra hər nəsildən nəsil başçısını seçib hamısının adını bəyan etdi. Onuncu ayın birində isə oturub bu işi araşdırmağa başladılar. |
17. | Onlar birinci ayın birinci gününə qədər yadelli arvad alanların hamısı barədə lazımi qərar çıxartdılar. |
18. | Kahin övladları arasında yadelli arvad alanlardan bunlar tapıldı: Yosadaqın oğlu Yeşua övladlarından və qardaşlarından Maaseya Eliezer, Yariv və Gedalya. |
19. | Onlar da arvadlarını boşayacaqlarına dair əlbir oldu və öz təqsirlərinə görə təqsir qurbanı olaraq bir qoç təqdim etdi. |
20. | İmmer övladlarından Xanani və Zevadya, |
21. | Xarim övladlarından Maaseya, Eliya, Şemaya, Yexiel, Uzziya, |
22. | Paşxur övladlarından Elyoenay, Maaseya, İsmail, Netanel, Yozavad və Elasa; |
23. | Levililərdən: Yozavad, Şimey, Qelaya, yəni Qelita, Petahya, Yəhuda və Eliezer; |
24. | İlahiçilərdən: Elyaşiv, məbəd qapıçılarından Şallum, Telem və Uri; |
25. | Digər İsraillilərdən – Paroş övladlarından Ramya, İzziya, Malkiya, Miyamin, Eleazar, Malkiya və Benaya; |
26. | Elam övladlarından Mattanya, Zəkəriyyə, Yexiel, Avdi, Yeremot və Eliya; |
27. | Zattu övladlarından Elyoenay, Elyaşiv, Mattanya, Yeremot, Zavad və Aziza; |
28. | Bevay övladlarından Yehoxanan, Xananya, Zabbay, Atlay; |
29. | Bani övladlarından Meşullam, Malluk, Adaya, Yaşuv, Şeal, Yeremot; |
30. | Paxat-Moav övladlarından Adna, Kelal, Benaya, Maaseya, Mattanya, Besalel, Binnuy və Menaşşe; |
31. | Xarim övladlarından Eliezer, İşşiya, Malkiya, Şemaya və Şimeon, |
32. | Binyamin, Malluk, Şemarya; |
33. | Xaşum övladlarından Mattenay, Mattata, Zavad, Elifelet, Yeremay, Menaşşe, Şimey; |
34. | Bani övladlarından Maaday, Amram, Uel, |
35. | Benaya, Bedeya, Keluhi, |
36. | Vanya, Meremot, Elyaşiv, |
37. | Mattanya, Mattenay, Yaasay, |
38. | Bani, Binnuy, Şimey, |
39. | Şelemya, Natan, Adaya, |
40. | Maknadvay, Şaşay, Şaray, |
41. | Azarel, Şelemya, Şemarya, |
42. | Şallum, Amarya, Yusif; |
43. | Nevo övladlarından Yeiel, Mattitya, Zavad, Zevina, Yadday, Yoel və Benaya. |
44. | Bu adamların hamısı yadelli arvad almışdı və bəzilərinin bu arvadlardan uşaqları da var idi. |
← Ezra (10/10) |