← Ezekiel (21/48) → |
1. | Mənə Rəbbin bu sözü nazil oldu: |
2. | «Ey bəşər oğlu, üzünü Yerusəlimə tərəf çevirib Müqəddəs məkanlara qarşı danış və İsrail torpağının əleyhinə peyğəmbərlik et. |
3. | Sən İsrail torpağına söylə ki, Rəbb belə deyir: “Budur, Mən sənin əleyhinəyəm. Qılıncımı qınından çıxararaq sənin içində olan salehi də, pis adamı da qırıb-çatacağam. |
4. | Sənin içində olan salehi də, pis adamı da qırıb-çatım deyə Mənim qılıncım cənubdan şimaladək ərazidə yaşayan bütün bəşərin üzərinə enmək üçün qınından çıxacaq. |
5. | Onda bütün bəşər biləcək ki, Mən Rəbb qılıncımı qınından çıxardım və bir daha yerinə qayıtmayacaq”. |
6. | İçini çək, ey bəşər oğlu, sən belini büküb onların gözü önündə acı-acı içini çək. |
7. | Onlar sənə “Nəyə görə içini çəkirsən?” söyləyəndə onlara deyərsən: “Gələn xəbərə görə. Hər ürək əriyəcək, hər əl yanına düşəcək, bütün ruhlar zəifləyəcək və bütün dizlər titrəyəcək. O xəbər gəlir, bunlar yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir». |
8. | Mənə Rəbbin bu sözü nazil oldu: |
9. | «Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd belə deyir: “Söylə ki, qılınc, qılınc İtilənib, cilalanıb. |
10. | Öldürmək üçün itilənib, Şimşək kimi çaxsın deyə cilalanıb. Necə sevinə bilərik? Qılınc oğlumun əsasına Hər hansı bir əl ağacı kimi xor baxdı. |
11. | Qılınc əldə tutulmaq üçün Cilalanmağa verildi. Öldürənin əlinə verilsin deyə İtilənib cilalandı. |
12. | Ey bəşər oğlu, fəryad edib ağla. Çünki bu qılınc xalqıma və Bütün İsrail rəhbərlərinə qarşı qalxıb. Onlar xalqımla birgə Qılınca təslim edildi. Bunun üçün sinə döy”. |
13. | Xudavənd Rəbb bəyan edir: “Qarşıda sınaq var. Qılıncın xor baxdığı əsa Daha salamat qalmazsa, nə olar? |
14. | Sən ey bəşər oğlu, peyğəmbərlik et, Əllərini bir-birinə vur. Qoy qılınc iki, üç dəfə vursun. O öldürən bir qılıncdır, Çoxlu adam qıran, İnsanı hər tərəfdən saran qılıncdır. |
15. | Onların ürəyi ərisin, Yerə sərilənlər çox olsun deyə Bütün darvazalarında qırğın qılıncı qoydum. Ah, o, şimşək kimi parıldadı, Öldürmək üçün siyrildi. |
16. | Ey qılınc, sağa-sola dönüb kəs, Sağa dön, sola dön, Üzün hara çevrilsə, ora get. |
17. | Mən də əllərimi bir-birinə vuracağam, Beləcə qəzəbimi yatırdacağam. Bunu Mən Rəbb söylədim”». |
18. | Mənə Rəbbin bu sözü nazil oldu: |
19. | «Sən ey bəşər oğlu, Babil padşahının qılıncının gəlməsi üçün iki yol hazırla, ikisi də bir ölkədən çıxsın. Bir yerdə nişan qoy, onu şəhər yolunun başında qoy. |
20. | Qılınc Ammon övladlarının Rabba şəhərinə, Yəhudaya və qalalı Yerusəlimə yönəlsin deyə yol hazırla. |
21. | Çünki Babil padşahı yolayrıcında – iki yolun başında falçılıq etmək üçün dayanacaq. Oxları qarışdıracaq, ev bütlərindən soruşacaq, kəsilən bir heyvanın qaraciyərinə baxacaq. |
22. | Onun sağ əlində Yerusəlimi göstərən fal var. Orada qoçbaşı alətləri qoyacaq, öldürmək əmri verəcək, döyüş nidası ucaldacaq, qoçbaşı alətlərini darvazaların önündə qoyacaq, torpaq qalağı və mühasirə divarları düzəldəcək. |
23. | Onunla and içib saziş bağlayanlar falın yalan olduğunu güman edəcək. Ancaq padşah təqsirlərini xatırlayıb onları əsir alacaq. |
24. | Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki təqsirlərinizi və üsyankarlığınızı göstərməklə bunları yada saldınız, bütün işlərinizdə günahlarınız aşkara çıxdı və yada salındınız, mütləq əsir düşəcəksiniz. |
25. | Sən ey murdar və pis olan İsrail rəhbəri, günün çatdı, nəhayət, cəza vaxtın gəldi”. |
26. | Xudavənd Rəbb belə deyir: “Çalmanı və tacı götür. Daha bu belə olmayacaq. Alçalanı yüksəlt, yüksələni alçalt. |
27. | Viran, viran, viran qoyacağam şəhəri! Haqq sahibi gələnə qədər bərpa olunmayacaq. Mən şəhəri ona verəcəyəm”. |
28. | Sən ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Ammonlular və onların etdikləri təhqirə görə Xudavənd Rəbb belə deyir: “Qılınc, qılınc həlak etmək üçün siyrilib, Qırğın üçün itilənib ki, Şimşək kimi parlasın. |
29. | Elə bir zamanda ki Sənə boş görüntülər görünür, Sənə yalan falçılıq açırlar. Ölməli olan pis adamların Boyunlarına enəcəksən, ey qılınc! Bu adamların günü çatdı, Nəhayət, cəza vaxtı gəldi. |
30. | Qılınc qınına qoyulsun! Səni yaradıldığın yerdə, Doğulduğun ölkədə mühakimə edəcəyəm. |
31. | Qəzəbimi üstünə tökəcəyəm, Hiddətimin odunu üstünə püfləyəcəyəm, Səni vəhşi adamlara təslim edəcəyəm. Onlar məhv etməkdə mahirdir. |
32. | Sən oda qida olacaqsan, Ölkə içində qanın töküləcək. Daha yada salınmayacaqsan, Çünki Mən Rəbb bunu söylədim”». |
← Ezekiel (21/48) → |