| ← Ezekiel (15/48) → |
| 1. | Mənə Rəbbin bu sözü nazil oldu: |
| 2. | «Ey bəşər oğlu, üzüm tənəyinin ağacı hər hansı bir meşə ağacındakı budağın ağacından nə ilə üstündür? |
| 3. | Bir işdə istifadə etmək üçün ondan ağac alınırmı? Üstünə əşyalar asmaq üçün ondan payacıq düzəldilirmi? |
| 4. | Budur, o yanmaq üçün oda atılır. Od onun uclarını yandırandan və ortası qovrulandan sonra daha bir işə yarayarmı? |
| 5. | Bütöv olanda da bir işə yaramırdı, od onu yandırıb-qurtaranda və ortası qovrulanda heç bir işə yaramayacaq. |
| 6. | Buna görə də Xudavənd Rəbb belə deyir: “Meşə ağacları arasında üzüm tənəyini yanan şey kimi necə oda verdimsə, Yerusəlimdə yaşayanları da eləcə oda atacağam. |
| 7. | Mən üzümü onlara qarşı çevirəcəyəm. Oddan qaçsalar da, od yenə onları yandıracaq. Üzümü onlara qarşı çevirəndə biləcəksiniz ki, Rəbb Mənəm. |
| 8. | Ölkəni viran edəcəyəm, çünki onlar xainlik etdi” Xudavənd Rəbb belə bəyan edir». |
| ← Ezekiel (15/48) → |