| ← Esther (10/10) | 
| 1. | Padşah Axaşveroş uzaq dəniz sahillərinə qədər padşahlığındakı ölkələrə xərac qoydu. | 
| 2. | Padşahın bütün güclü və qüdrətli işləri, eləcə də Mordokaya verdiyi yüksək rütbə haqqındakı qərar Midiya və Fars padşahlarının salnamələr kitabında yazılmışdır. | 
| 3. | Yəhudi Mordokay rütbə etibarı ilə yalnız padşah Axaşveroşdan aşağı idi. Yəhudilər arasında nüfuz sahibi olub onların əksəriyyətinin hörmətini qazanmışdı. O, xalqının xeyrinə işləyən və bütün millətinin əmin-amanlığını müdafiə edən adam idi. | 
| ← Esther (10/10) |